Sunami, arxiv şəkli

Yaponiyada sunami təhlükəsi

135
Baş verən zəlzələ 1,4 metr hündürlüyündə sunami yaradıb

BAKI, 22 noy — Sputnik. Yaponiyanın şimal-şərqində yerləşən Fukuşima şəhəri sahillərində 7,3 bal gücündə zəlzələ olub. Baş verən zəlzələ 1,4 metr hündürlüyündə sunami yaradıb.

Sputnik xəbər verir ki, hündür dalğalar Senday limanı ərazisində müşahidə olunub. Yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub. Sunami təhlükəsi səbəbindən əhali başqa bölgələrə təxliyə edilib.

  • Yaponiya, Fukusima
    Yaponiya, Fukusima
    © REUTERS / Toru Hanai
  • Yaponya Meteoroloji Agentliyinin işçisi Koji Nakamura, zəlzələ ilə bağlı məlumat verir
    Yaponya Meteoroloji Agentliyinin işçisi Koji Nakamura, zəlzələ ilə bağlı məlumat verir
    © REUTERS / TORU HANAI
  • Yaponiya, Fukusima
    Yaponiya, Fukusima
    © REUTERS / Toru Hanai
  • Yaponiyada zəlzələ
    Yaponiyada zəlzələ
    © REUTERS / KYODO
  • Sunami barədə xəbərdarlıqdan sonra daha güvənli bölgələrə getməyə çalışanların sayı çox olduğundan, yollarda uzun avtomobil tıxacları  yaranıb
    Sunami barədə xəbərdarlıqdan sonra daha güvənli bölgələrə getməyə çalışanların sayı çox olduğundan, yollarda uzun avtomobil tıxacları yaranıb
    © REUTERS / KYODO
  • Yaponiya prezidenti Şinzo Abe
    Yaponiya prezidenti Şinzo Abe
    © Sputnik / Michael Klimentyev
1 / 6
© REUTERS / Toru Hanai
Yaponiya, Fukusima

135
Teqlər:
Senday, sunami, Fukuşima, təxliyə, zəlzələ, Yaponiya, yeraltı təkanlar
Əlaqədar
Mingəçevir su anbarı ərazisində zəlzələ olub
İtaliyada 6.6 bal gücündə zəlzələ olub
ABŞ alimlərindən neft və zəlzələlərlə bağlı şok açıqlama
Xəzər dənizində zəlzələ olub
Rusiyada zəlzələ baş verib
Ukraynada zəlzələ baş verib
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

2
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

2
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

17
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

17