Trampın ailəsi Ağ Evə köçməyəcək

© AP Photo / Carolyn KasterDonald Tramp , arxiv şəkli
Donald Tramp , arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin həyat yoldaşı Melanya və ikilinin on yaşlı oğlu Berron andiçmə mərasimindən sonra əsas iqamətgahda yerləşməyəcək

BAKI, 21 noy — Sputnik. Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melanya və ikilinin on yaşlı oğlu Berron andiçmə mərasimindən sonra Ağ Evə köçməyəcək. Sputnik xəbər verir ki, bunu jurnalistlərə yeni prezident özü deyib.

Tramp, ailəsinin Ağ Evə nə vaxt köçəcəyi barədə belə deyib: "Oğlum Yuxarı İst Saydda özəl bir məktəbdə oxuyur. Bu tədris ili yekunlaşandan sonra yəqin ki, ailəm də mənim kimi Ağ evə köçəcək".

Xatırladaq ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp və və köməkçisi Maykl Pensin andiçmə mərasimi 2017-ci il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

Xəbər lenti
0