Bu qadın 23 ildir ki, dırnaqlarını tutmur

© Photo : www.ripleys.comYani Villiams
Yani Villiams - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı qadın 70 sm uzunluğundakı dırnaqları ilə dünya rekordu vurmaq istəyir

BAKI, 18 noy — Sputnik. ABŞ-ın Hyuston şəhərində yaşayan Yani Villiams adında qadın, 23 ildir dırnaqlarını uzadır. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, əvvəllər gözəllik salonu işlədən qadının dırnaqları 70 santimetr uzunluğundadır.

İnsanları, bu qadının uzun dırnaqlarla necə avtomobil idarə etdiyi və tualetə getdiyi maraqlandırır. Yani Villiams evinin tualetindən başqa digər tualetlərdən istifadə etməməyə çalışır. Səbəb isə dırnaqları çox uzun olduğu üçün, başqa tualetlərin kifayət qədər təmiz olmadığını düşünməsidir.

Amerikalı qadının sözlərinə görə, bu şəkildə avtomobildən istifadə etmək çox çətindir, lakin mümkünsüz də deyil. Hər bir dırnağı 70 santimetr olan qadının dırnaqlarını boyaması, az qala bir həftə çəkir. Yani Villiamsın arzusu bu dırnaqları ilə dünya rekordu əldə etməkdir.

Xəbər lenti
0