ABŞ

ABŞ əhalisinin böyük əksəriyyəti yerli KİV-in obyektivliyinə şübhə edir

29
(Yenilənib 13:07 17.11.2016)
ABŞ əhalisinin 80 faizinin fikrincə, ölkədə keçirilən son prezident seçkilərinin işıqlandırılması zamanı KİV namizədlərdən hansısa birinə qarşı qərəzli münasibət sərgiləyib

BAKI, 17 noy — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə, amerikalıların əksəriyyətinin (80%) fikrincə, ölkədə keçirilən son prezident seçkilərinin işıqlandırılması zamanı KİV namizədlərdən hansısa birinə qarşı qərəzli münasibət sərgiləyir. Bununla yanaşı, ABŞ sakinlərinin yarıdan çoxu (59%) həm ümumölkə, həm yerli KİV-in qeyri-obyektivliyini qeyd edir.

Sorğu ABŞ-da TNS UK araşdırma şirkəti tərəfindən Sputnik informasiya agentliyi və radiosu üçün həyata keçirilib. Sorğunun nəticələrinə görə, amerikalıların 16 faizi ümumölkə kütləvi informasiya vasitələrinin namizədlərdən birinə üstünlük verdiyini düşünür, eyni zamanda onların fikrincə, yerli KİV obyektivlik sərgiləyib.

Sorğulananların 5%-i isə, əksinə yerli KİV-in qərəzli olduğunu, ümumölkə informasiya vasitələrinin isə qərəzsiz olduğunu düşünür. ABŞ KİV-nin prezident seçkilərini balanslı işıqlandırdığını cəmi 20% sorğu iştirakçısı qeyd edib.

Sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə TNS UK şirkəti tərəfindən 3-7 noyabr tarixlərində ABŞ-da keçirilib. Sorğuda 18-64 yaşında 1012 respondent iştirak edib.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və ictimai soğu keçirən qocaman şirkətlərdən biri — Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

29
Teqlər:
Sputnik.Rəy, KİV, əhali, sorğu, seçki, ABŞ
Əlaqədar
Deputat: İnsan haqları ABŞ və Qərbin əlində dəyənəkdir
Tramp ABŞ-dan kimləri qovacaq?
ABŞ seçkilərinin regiondakı hərbi-siyasi vəziyyətə təsiri müzakirə olunacaq
Türkiyə ABŞ-dakı vətəndaşlarına xəbərdarlıq etdi
Rəsmi Bakı ABŞ-ın respublikaçı hökumətləri ilə daha yaxşı anlaşır
Yanğın, arxiv şəkli

Qonşumuzda müdhiş qəza - AES-də yanğın baş verdi

25
Mühafizəçilərin müdaxiləsi ilə meydana çıxan yanğın söndürülüb. Hazırda insidentlə əlaqədar araşdırma aparılır.

BAKI, 11 aprel - Sputnik. Bu gün səhər saatlarında İranın Nətanz Atom Elektrik Stansiyasında qəza olub.

AZƏRTAC İranın Atom Enerjisi üzrə Dövlət Agentliyinin nümayəndəsi Bəhruz Kəmalvəndinin açıqlamasına istinadla xəbər verir ki, qəza elektrik şəbəkəsində baş verən qısa qapanma nəticəsində baş verib.

Mühafizəçilərin müdaxiləsi ilə meydana çıxan yanğın söndürülüb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Nətanzda bir neçə dəfə qəza baş verib. Hətta ötən il bu stansiyada terror aksiyasına cəhd də olub. Lakin İranın xüsusi xidmət orqanları aksiyanın qarşısını alıblar.

25
Valetta şəhərinə mənzərə, arxiv şəkli

Bu Avropa ölkəsi turistlərə 200 avro ödəyəcək

87
(Yenilənib 23:13 10.04.2021)
"Bu sxem beynəlxalq turizm bərpa olunan vaxt hotellər arasında rəqabətin gücləndirilməsi məqsədi daşıyır", - deyə nazir atdıqları addımın məramını açıqlayıb.

BAKI, 11 aprel — Sputnik. Malta hakimiyyəti ölkədə turizm sahəsini inkişaf etdirmək məqsədilə turistlərə 200 avro pul ödəyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Turizm Nazirliyinə istinadla xəbər yayıb. Nazir Kleyton Bartolo bildirib ki, Maltaya gələn əcnəbi turistlər bu pulu yalnız bir şərtlə ala biləcəklər: ölkədə ən az üç gün qalmaqla. Bunun üçün birbaşa yerli hotellərin vasitəsilə otaq bronlaşdırmaq tələb olunur. Bu şərtlərə əməl edənlərə beş ulduzlu hotellər 200, dörd ulduzlular 150, üç ulduzlular isə 100 avro ödəyəcəklər.

Malta arxipelaqındakı Qozo adasındakı hotellərdən nömrə götürənlərə ödənəcək vəsaitin məbləği isə 10 faiz artıq olacaq.

"Bu sxem beynəlxalq turizm bərpa olunan vaxt Malta hotelləri arasında rəqabətin gücləndirilməsi məqsədi daşıyır", - deyə nazir atdıqları addımın məramını açıqlayıb.

Malta hakimiyyəti ölkəyə 35 min turistin gələcəyini gözləyir.

"Reuters"in məlumatına görə, Avropa İttifaqında koronavirusdan ən yüksək vaksinasiya səviyyəsi Maltadadır. Bu ölkədə COVID-19-a yeni yoluxma halı kəskin şəkildə azalıb. Malta hökuməti gediş-gəlişi asanlaşdırmaq üçün Aİ-ni peyvənd pasportu tətbiq etməyə çağırıb.

87
Teqlər:
Avropa, Malta, ödəmə, avro, turist
Pəhriz saxlayan qız, arxiv şəkli

Kortəbii pəhrizin fəsadları çox olur

0
(Yenilənib 19:32 11.04.2021)
Tədqiqatlar göstərir ki, ənənəvi pəhrizlər vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizə son verdikdən illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qazanırlar.

BAKI, 11 aprel — Sputnik. "Artıq çəkidən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Lakin azçəkili olmaq müasir dövrdə sağlamlıq və gözəllik əlaməti hesab edilir, desək, yəqin ki, yanılmarıq. Artıq çəkili olmaq isə əksinə, bir çox xəstəliklərin xarakterik əlamətlərindən biri sayılır, həmçinin vaxtından əvvəl ölüm və əlillik ehtimalını artırır. Qeyd edək ki, artıq çəki və obezlik ölüm riskinə görə dünyada beşinci yerdə dayanır. Hər il azı 2,8 milyon yetkin insan artıq çəki və ya piylənmə səbəbindən həyatını itirir. Dünya əhalisində qeydə alınan diabet xəstəliyinin 44%-i, ürəyin işemik xəstəliyinin 23%-i və bəzi xərçəng növlərinin 7-41%-i həddindən artıq çəki və piylənmə ilə əlaqələndirilir". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Elvira Quliyeva və Nərmin Axundova birgə hazırladıqları məqalədə qeyd ediblər.

Ekspertlər insanların artıq çəkidən daha "asan" yollarla uzaqlaşmağa çalışdıqlarını qeyd edirlər: "Onların yönəldiyi "möcüzəvi pəhriz"lər, "şok detoks"lar, "rahat arıqlama əlavələri" kimi yollar heç də özünü doğrultmur, əksinə qidalanma davranışının pozulmasına səbəb olur ki, bu da orqanizmdə ciddi fəsadlar yaradır. Kortəbii şəkildə edilən pəhrizlərin 95%-i uğursuzluqla nəticələnir. Pəhriz sonrası ilk 1-5 il ərzində sürətlə itirilən çəki geri qazanılır. Bütün bu nəticələr isə ənənəvi pəhrizin faydasız olduğunu göstərir".

Tədqiqatlar göstərir ki, ənənəvi pəhrizlər vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizə son verdikdən illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qazanırlar.

"Əslində pəhriz üçün əsas prinsip kalori qəbuluna nəzarətdir. Bu nəzarət düzgün edildikdə çəki itirmək mümkündür. Bunun üçün sağlam qidalanma həyat tərzinə çevrilməlidir. Kortəbii pəhrizlərdə edilən ən böyük səhvlərdən biri çox aşağı kalorili menyular seçməkdir. Həmçinin gün ərzində ac qalaraq arıqlamağa çalışmaq da yanlış yoldur. Belə ki, orqanizmin gündəlik yaşamaq üçün tələb etdiyi kalorini almaması pəhriz və sonrakı dövrlərdə böyük fəsadlara yol aça bilər. Bundan başqa, aclıq orqanizmdə grelin hormonunun miqdarının artmasına səbəb olur ki, bu da beyində qidalanma istəyini stimullaşdırır. Belə ki, insan ac qalaraq orqanizmi daha çox yeməyə meyilləndirmiş olur. Grelin hormonunun təsiri ilə orqanizm yüksək şəkərli və yağlı qidalara yönəlir. Diyetoloqlar arasında "cəhənnəm effekti" deyə adlandırılan prosesin də başlıca səbəbi bu hesab oluna bilər. Bu proses pəhrizin kiçik bir pozuntusunda insanda "uyğunsuzluq" hissinin yaranmasına və qat-qat artıq kalori alacaq şəkildə yeməyə davam edilməsinə gətirib çıxarır", - deyə məqalədə vurğulanır.

Kök adam
© Depositphotos / Nanka-photo

Onlar bildirirlər ki, uzun müddətli saxlanılan və hansısa qidaları qadağan edən pəhrizlər metabolizmi zəiflədir: "Sürətlə və daha çox çəki atan orqanizm artıq miqdarda su və əzələ itirdiyi üçün pəhrizə son verdikdən dərhal sonra bədənə suyu geri toplamağa başlayır. İtirilən əzələ və zəifləyən metabolizm səbəbindən insan əvvəlkindən də artıq çəki almış olur. Məlumdur ki, əzələlər orqanizmin tonusunu təmin edir. Buna görə də əzələ itkisi nəticəsində orqanizm tonusunu da itirmiş olur. Diyetoloqların fikrincə, həftəlik 500-1000 q çəki itirilən, idmanla yanaşı davam edən uzunmüddətli, həmçinin tək növ deyil, qida rasionunda fərqli məhsullara yer verilən pəhrizlər daha etibarlıdır və nəticəsi effektivdir. Odur ki tamamilə ac qalmaq faydalı deyil".

"Diyetoloq və həkim nəzarəti olmadan, kortəbii şəkildə saxlanılan pəhrizlər bir sıra ciddi problemlərə yol aça bilər. Belə ki, tək tip qidalanma orqanizmdə metabolik, endokrinoloji, psixoloji problemlərə səbəb olur. Həmçinin tək tip qidalanmaqla uzunmüddətli davam edən pəhrizlər zamanı oynaq ağrıları, saç tökülməsi, əzələ tonusu itkisi, yüksək təzyiq, yaddaş pozuntusu və digər əlamətlər müşahidə olunur. Bəzi kortəbii pəhrizlər zamanı, həmçinin vegetarian qidalanma rasionlarından ət və süd məhsullarının azaldılması və ya tamamilə imtina olunması nəticəsində orqanizmdə vitamin çatışmazlığı yaranır. Unutmayın ki, qida rasionundan çörək, düyü və digər karbohidrat mənbələrinin çıxarılması qanda şəkərin miqdarının kəskin azalmasına səbəb ola bilər", - deyə məqalədə vurğulanıb.

Yeniyetməlik dövrü insanın öz orqanizmi ilə tanışlığının yeni mərhələsidir. Bu yaşlarda orqanizmdə həm fizioloji, həm də psixoloji dəyişikliklər baş verir: "Yeniyetməlik dövrünün ən ciddi problemlərindən biri piylənmədir. Bu dövrdə piylənmə ilə bağlı problemi olanlar həyatı boyu bir sıra xroniki xəstəliklərlə qarşılaşırlar. Buna səbəb yeniyetməlik dövründə yüksək çəki artımının orqanizmdə piy hüceyrələrinin sayını artırmasıdır. Bu intensivliklə artmış piy hüceyrələrinin parçalanması da yetkinlik dövrü ilə müqayisədə olduqca çətindir. Yeniyetməlik dövründə saxlanılan pəhrizlər adətən dəmir və kalsium çatışmazlığına səbəb olur. Bu da osteoparoz, hiperlipidemiya, xərçəng və ürək-damar xəstəliklərinin inkişafına zəmin yaradır. Orqanizmin böyümə və inkişafı mərhələsində düzgün və səmərəli qidalanma böyük əhəmiyyət kəsb edir. Çünki qida maddələrinə olan gündəlik tələbatdan əlavə orqanizmin inkişafını da təmin etmək lazımdır.

Unutmayın ki, düzgün və balanslı qidalanma, müntəzəm fiziki aktivlik sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür. Buna görə də artıq çəki ilə effektiv mübarizə aparmaq üçün mütləq həkim və ya diyetoloqun nəzarəti altında fərdi qaydada pəhriz növü nəzərdə tutulmalıdır".

0