ABŞ-ın yeni prezidenti Donald Trampın CBS kanalına müsahibəsi

Trampın Bakıda biznes quran qızı iddialara cavab verdi

215
(Yenilənib 17:57 15.11.2016)
Vaxtilə modellik edən, hazırda isə böyük bizneslə məşğul olan İvanka, indi onu bir şeyin düşündürdüyünü deyib

Trump International Hotel & Tower Baku
© Sputnik / Murad Orujov
BAKI, 15 noy — Sputnik. ABŞ-ın yeni prezidenti Donald Trampın böyük qızı İvanka Tramp, haqqında gəzən bəzi iddialara aydınlıq gətirib. CBS telekanalına müsahibəsi zamanı İvanka Tramp deyib ki, insanların iddiasının əksinə, o, heç vaxt siyasətlə məşğul olmağı düşünmür.

Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, vaxtilə modellik edən, hazırda isə böyük bizneslə məşğul olan İvanka, indi onu ancaq bir şeyin düşündürdüyünü bildirib — prezidentin qızı olmağa uyğunlaşmaq.

Xatırladaq ki, Donald Trampın böyük qızı İvanka Tramp 2014-cü ildə Bakının "Xətai" metrosu yaxınlığında yerləşən və soydanını daşıyan "Trump Tower" binasının tikintisi ilə yaxından maraqlanmaq üçün bir neçə gün Bakıda qalmışdı.

215
Teqlər:
İvanka Tramp, Donald Tramp, ABŞ, siyasət, prezident
Mövzu:
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)
Əlaqədar
Putindən Trampa dialoq çağırışı
Tramp ABŞ-dan kimləri qovacaq?
Fikrət Sadıxov: Biz Trampı maraqlandırıb onunla yaxından işləməliyik
Binəli Yıldırımla Donald Tramp arasında telefon danışığı olub
Dünya şöhrətli model: Tramp çox yaxşı kişidir
"Trampın qalib gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açacaq"
Pişik, arxiv şəkli

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

45
(Yenilənib 23:43 07.07.2020)
Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

45
Əlaqədar
Koronavirus bəlasını dünyaya yayan Çin əhli iyrənc adətindən əl çəkmək niyyətində deyil
Bakıda "pişik əməliyyatı" - VİDEO
Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video
Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi
Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar

Mona Liza ilə görüşə ancaq maska ilə - Luvr karantindən sonra

110
(Yenilənib 23:31 07.07.2020)
Luvr muzeyi karantindən çıxmağa hazırlaşır: Muzeyin direktoru Jan-Lük Martinezin sözlərinə görə, əvvəlki dövrlərə qayıtmaq üçün üç il vaxt lazımdır. 

Uzun üç ay yarım ərzində Luvr (Louvre), Fransanın bütün muzeyləri kimi, koronavirusla bağlı karantinə görə kilid altında idi və bu həftə publikanı yenidən qəbul etməyə başlayır. Lakin jurnalistlərlə görüşdə onun direktoru Jan-Lük Martinez deyib ki, "əvvəlki vəziyyətə qayıtmaq üçün ən azı üç il vaxt lazımdır". O, ilk növbədə, bəşəriyyətin antik dövrdən XIX əsrin ortalarına qədər yaratdığı dünya incəsənəti incilərinin Fransadakı qoruğuna baş çəkməsini nəzərdə tutub.

"Pessimist olmaq istəmirəm, amma bu, reallıqdır: ən yaxşı halda ziyarətçilərin sayı əvvəlki dövrlə müqayisədə 20-30 faiz səviyyəsində olacaq. Bu isə o deməkdir ki, biz adi günlərdə gələn 40 min ziyarətçi əvəzinə 8-10 min nəfər qəbul edəcəyik", - deyə direktor bildirib.

Jan-Lük Martinezin hesablamalarına görə, istənilən halda Luvrun itkiləri artıq 40 milyon avro təşkil edir. Bu, həm biletlərdən, həm butiklərdəki suvenirlərin, incəsənətə aid kitabların satışından, həm də muzeyin kafe və restoranlarından gələn gəlirlərdir. Luvrun büdcəsi, təxminən 240-250 milyon avro təşkil edir ki, onun da 40 faizi dövlət büdcəsindən və muzeyin öz gəlirlərindən ibarətdir. Bu il həmin gəlirlər əhəmiyyətli dərəcədə azalıb.

Bəs Luvr administrasiyası yaxın aylarda fəaliyyət göstərmək niyyətindədir? Əsas diqqət yerli əhaliyə, eləcə də Avropa İttifaqına daxil olan, sərhədləri artıq açılmış qonşu ölkələrə yönəldilir. Buna görə də muzey fəal şəkildə kampaniya apararaq parisliləri, ətraf departamentlərin və paytaxt regionu olan İl-de-Frans-ın sakinlərini dəvət edir. Bu kampaniyanın nə nəticə verəcəyini indidən demək çətindir.

İstənilən halda biletlərin internet vasitəsilə dəqiq bronlaşdırılması (gün və saat göstərilməklə) hələlik böyük nikbinlik doğurmur. İyunun sonuna olan məlumata görə, yaxın həftələrdə muzeyə getmək istəyənlərin sayı cəmi 12 min olub. Doğrudur, Luvr açıqlayıb ki, bileti yerində də almaq mümkündür. Baxmayaraq ki, muzey personalının böyük hissəsi karantin günlərində məsafədən işləyib, 250-300 nəfər daim Luvrda yeni mövsümün açılışına hazırlaşır. Muzey administrasiyasının xəbərdarlıq etdiyi kimi, bir sıra zalların fəaliyyəti mümkün olmayacaq. Söhbət, əsasən, Şimali Avropa ölkələrinin rəngkarlığının, 1789-cu il böyük Fransız inqilabına qədərki dövrün kolleksiyasının – muzey meydançalarının təxminən 30 faizinin nümayiş etdirilməsindən gedir.

Leonardo da Vinçinin Mona Liza əsəri
© REUTERS / BENOIT TESSIER

Muzeydə ziyarətçiləri qorumaq üçün bir sıra profilaktik tədbirlər həyata keçirilib. Təbii ki, tibbi maskalar hər kəs üçün məcburidir. Əvvəlki vaxtlardan fərqli olaraq, Luvra yalnız məşhur şüşə piramida vasitəsilə daxil olmaq mümkündür. Hər kəsə xüsusi broşuralar verilir. Orada elə marşrutlar göstərilir ki, insanlar nə zallarda, nə də dəhlizlərdə rastlaşmasınlar. Dövlət zalında sərgilənən Cokonda ilə görüşmək üçün indi dartılmış lentlərlə birləşdirilmiş stendlərin böyük labirintinə getmək lazımdır. Bir tərəfdən, bu, sosial məsafəni saxlamağa, digər tərəfdən isə Leonardo Da Vinçinin yaradıcılığı ilə hərtərəfli tanış olmağa imkan verir.

Yeri gəlmişkən, hər şərdə bir xeyir də var. İncəsənət həvəskarları üçün indi ən yaxşı vaxt gəlib çatıb: Luvrun  fransız, italyan, ispan klassiklərinin əsərləri, orta əsrlərin incəsənəti və digər xəzinələrlə zəngin salonlarında hələ uzun müddət seyrəklik olacaq.

Jan-Lük Martinezin sözlərinə görə, hazırda muzey Mədəniyyət Nazirliyi ilə birlikdə dəyişikliklər üzərində işləyir. Luvrun veb-saytının genişləndirilməsi, onun bütün kolleksiyasının “rəqəmsala” köçürülməsi nəzərdə tutulur. Karantin aylarında bu resurs böyük effektivlik nümayiş etdirib. Muzeyin saytında 10 milyondan çox "virtual ziyarətçi"qeydiyyatdan keçib.

110
  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © AP Photo / Thibault Camus

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHRISTIAN HARTMANN

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHRISTIAN HARTMANN

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHRISTIAN HARTMANN

    Luvr karantindən sonra

  • © AP Photo / Thibault Camus

    Luvr karantindən sonra

Teqlər:
fotolent