Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Christiania qəsəbəsi

Dünyada yeganə qəsəbə: hökumət yox, vergi yox, avtomobil yox

676
(Yenilənib 15:06 15.11.2016)
Özlərini digər dövlətlərdən ayrı tutan xüsusi bir bayrağı və "lon" adında pul vahidləri var

BAKI, 15 noy — Sputnik. Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Christiania qəsəbəsi 1971-ci ildə rəssam və hippilər tərəfindən ələ keçirilib. Qəsəbədə yaşayanlar öz hökumətlərini quraraq xüsusi qaydalar təyin ediblər.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, Christiania, insanların özlərinə aid qanunlarla yaşadığı azad ruhlu bir qəsəbədir. Əvvəllər Danimarka hökuməti qəsəbəni bağlamağa və burada yaşayanları bölgədən uzaqlaşdırmağa çalışsa da, amma xalqın təzyiqi üzündən geri addım atıb.

1 / 16
Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Christiania qəsəbəsi

Hazırda bura, təxminən 850 nəfər əhalisi olan və 34 hektar sahəni əhatə edən bir məhəllədir. Özlərini digər dövlətlərdən ayrı tutan xüsusi bir bayrağı və "lon" adında pul vahidləri var. Qəsəbənin girişində "İndi Avropa İttifaqı torpaqlarından ayrıldınız" sözlərini yazan bir tablo ilə qarşılaşırsınız.

Danimarkalı bir təşəbbüskar deyir ki, bundan sonra da heç bir hökumət bu qəsəbəni bağlaya bilməz. Əgər buna cəhd etsələr, minlərlə insan küçəyə tökülərək bunu etiraz edəcək.

Christianianın vətəndaşları vergi ödəmək məcburiyyətində deyillər. Həmçinin, dar küçələr səbəbindən avtomobil istifadəsi də qadağandır.

Burada küçələrdə qaçmağa da icazə verilmir. Ən sevilən heyvan itdir, amma onu alıb-satmaq, ona sahiblənmək qadağandır.

676
Teqlər:
Christiania, Kopenhagen, Danimarka, qəsəbə, pul, it, vergi, hökumət
Əlaqədar
Bu qəsəbədə hər axşam kabus dolaşır
Bakının bu qəsəbəsində sakinlərdən "xərac" toplanır
"Bütün Azərbaycan üzrə hotel yataqlarının sayı Türkiyənin bir qəsəbəsindəkindən azdır"
Polisin, cinayətin və işsizliyin olmadığı kommunist qəsəbəsi
Nardaran qəsəbəsinə ictimai nəqliyyatın daxil olmasına icazə verilib