Moldova

Moldovada prezident seçkilərinin ikinci turu keçirilir

12
Bu turda mübarizə İqor Dodon və Mayya Sandu arasında gedəcək

BAKI, 13 noy — Sputnik. Moldovada prezident seçkilərinin ikinci turuna start verilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu turda prezident vəzifəsi uğrunda mübarizə rusiyayönümlü Sosialistlər Partiyasının sədri İqor Dodon və Moldovanın Avropaya inteqrasiya xəttini tutan Fəaliyyət və Həmrəylik Partiyasının sədri Mayya Sandu arasında gedəcək.

Ölkədə seçkiöncəsi keçirilən sosioloji sorğuların nəticələrinə görə, əhalinin təqribən 50 faizi İ.Dodonun, 40 faizi isə M.Sandunun namizədliyini dəstəkləyir. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 3,2 milyon seçici səsvermə hüququna malikdir.

Moldova üzrə 1981, ölkə hüdudlarından kənar, Azərbaycan da daxil olmaqla, daha 100 seçki məntəqəsi yaradılıb. Prezident seçkisinin ikinici turunun təşkilinə dövlət büdcəsindən 2 milyon ABŞ dolları ayrılıb.

Xatırladaq ki, oktyabrın 30-da keçirilən prezident seçkisinin birinci turunda İqor Dodon seçicilərin 47,98 faiz, Mayya Sandu isə 38,71 faiz səsini toplayıb.

12
Teqlər:
səsvermə, İqor Dodon, Mayya Sandu, ikinci tur, prezident seçkiləri, Moldova
Əlaqədar
Amerikalıların əksəriyyəti ölkələrindəki seçki sisteminin dəyişməsini istəyir
İlham Əliyevdən növbədənkənar prezident seçkiləri açıqlaması
Gürcüstan MSK parlament seçkilərinin nəticələrini açıqlayıb
Azərbaycan prezidenti: Gəlsinlər, seçki təcrübəmizi öyrənsinlər
Ən aktiv və ən passiv seçki dairələri açıqlandı
Vladimir Putin: “Vahid Rusiya” partiyası seçkilərdə qələbə qazanıb