İlan

Üç metrlik ilanla evləndi

5584
Ona elə gəlir ki, ölmüş sevgilisi ilan şəklində həyata qayıdıb

BAKI, 12 noy — Sputnik. Cənub-Şərqi Asiyada bir kişi, əhliləşdirilmiş 3 metrlik kobra ilə evlənib. Məsələ ondadır ki, buna səbəb kişinin ölmüş sevgilisinin ilan şəklində reinkarnasiya etməsinə inanmasıdır.

Kişi beş il əvvəl sevgilisini itirib. Amma sonra ona elə gəlib ki, kobra ölmüş sevgilisinə çox oxşayır.

Yeni kəşf etdiyi "gəlini" kişi getdiyi hər yerə özü ilə aparır. Onlar birlikdə televizora baxır, stolüstü oyunlar oynayır, birlikdə yemək yeyir, idman zalına gedir və yatırlar.

Buddizm nəzəriyyəsinə görə, kişilərin ölmüş sevgililəri sonradan heyvan şəklində reinkarnasiya (yenidən həyata qayıdırlar) edirlər.

  • 3 metrlik ev kobrası ilə evlənib
    3 metrlik ev kobrası ilə evlənib
    © Photo : dailymail.co.uk
  • 3 metrlik ev kobrası ilə evlənib
    3 metrlik ev kobrası ilə evlənib
    © Photo : dailymail.co.uk
  • 3 metrlik ev kobrası ilə evlənib
    3 metrlik ev kobrası ilə evlənib
    © Photo : dailymail.co.uk
  • 3 metrlik ev kobrası ilə evlənib
    3 metrlik ev kobrası ilə evlənib
    © Photo : dailymail.co.uk
1 / 4
© Photo : dailymail.co.uk
3 metrlik ev kobrası ilə evlənib

5584
Teqlər:
reinkarnasiya, kobra, Cənub-Şərqi Asiya, sevgili, evlilik, ilan
Əlaqədar
Əgər mutasiya baş verməsəydi, görün, ilanlar necə olardı
"İlan çarlığı"nın altındakı sirli qəbirlər açıldı
Azərbaycanda ölüm saçan ilanlar nəzarətsiz dolaşır
İlan iki dostu xəstəxanalıq etdi
19 yaşlı oğlanı ilan sancdı
Daha bir ilansancma hadisəsi
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni
Donald Tramp, arxiv şəkli

"Qayıdacam" - Tramp Evdən necə getdi - VİDEO

3
Bu gün Donald Tramp Ağ Evi tərk edib. Ancaq KİV-də dolaşan "Tramp daha prezident olmayacaq" iddialarına rəğmən, o qayıdacağına söz verib. Prezidenti Sinatranın ifası ilə yola salıblar

BAKI, 20 yanvar - Sputnik. Ağ Evi tərk edən ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarına "bu və ya başqa formada" geri dönəcəyini söz verib. 

"Sizi sevirik. Bu və ya başqa formada qayıdacağıq... Qoy hər işiniz yaxşı olsun. Tezliklə görüşənədək", - Vaşinqtonu tərk edib Floridaya uçmazdan əvvəl "Endryus" aviabazasında toplaşmış qohumları və tərəfdarları qarşısında çıxış edən Tramp deyib. 

​O, vitse-prezident Mayk Pensə və Konqresə xüsusi minnətdarlıq edərək birlikdə yaxşı işlədiklərini vurğulayıb. 

Bundan sonra o, ailəsinin yanına qayıdıb, qızı Tiffanini qucaqlayıb, təyyarəyə doğru yönələrkən isə qayıdaraq Ağ Evin sabiq başçısı Mark Midousun əlini sıxıb və fəxri qarovulun müşayiəti ilə prezident təyyarəsinə minib. Təyyarə havaya qalxanda isə aviabazada Frenk Sinatranın ifasında "My Way" (Mənim yolum) mahnısı səsləndirilib.

3
Teqlər:
tərk etmək, Ağ Ev, Donald Tramp