Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan jurnalistin "siz diktatorsunuz?" sualına, görün cavab verdi

983
Türkiyə Prezidenti: "Bir insanın diktator olması üçün, həmin ölkədə yaşam şərtlərinin fərqli olması lazımdır"

BAKI, 11 noy — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlik üsul-idarəsinin ölkəyə daha sürətli inkişaf imkanı yaradacağını söyləyib. Sputnik Anadolu Agentliyinə istinadən xəbər verir ki, o, bu haqda Qətərin əl-Cəzirə telekanalına müsahibəsi zamanı deyib.

Ərdoğan müsahibəsində Türkiyədəki koalisiya hökumətləri, Ədalət və İnkişaf Partiyasının təkbaşına hakimiyyətdə olduğu dövr, prezident üsul-idarəsi ilə bağlı mübahisələr və 15 iyul çevrilişə cəhd kimi mövzuları dəyərləndirib. O, ABŞ və Rusiyanın iş sistemləri fərqli olsa da, prezident üsulu ilə idarə olunan iki vacib nümunə olduğunu xatırladıb.

"Biz də öz ənənələrimizə söykənərə, Türkiyəyə yaraşan modeli qurmalıyıq. Bu, Türkiyənin daha sürətli şəkildə inkişafına töhfə verəcək, ona görə bunu dəstəkləyirəm", — Ərdoğan bildirib.

Prezident ona ünvanlanan "diktator" ittihamlarına münasibət bildirib: "Bir insanın diktator olması üçün, həmin ölkədə yaşam şərtlərinin fərqli olması, insanların azad yaşaya, düşüncələrini istədikləri kimi ifadə edə, inandıqlarını inandıqları kimi yaşaya bilməməsi lazımdır. Mənim ölkəmdə belə bir problem yoxdur. İstəyən istədiyi kimi danışır, inandığı kimi yaşayır, istədiyi kimi geyinir, istədiyi kimi yeyib-içir".

"Biz heç nəyi qadağan etmədik. Türkiyə yasaqların olduğu bir ölkə olmayıb. Türkiyə son illərdə, son 14 ili bir tərəfə qoyuram, heç bir dövrdə bu səviyyədə azad, bu qədər dinc, bu qədər rahat bir dövr yaşamayıb", — Ərdoğan vurğulayıb.

983
Teqlər:
jurnalist, diktator, prezident, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Əlaqədar
Ərdoğandan Qərb ölkələrinə ismarış
Ərdoğan jurnalistin sualına elə cavab verdi ki...
Amerikadan Ərdoğana tarixi xəbərdarlıq
Jirinovskinin “Yaxın Şərqi Ərdoğana əmanət etməliyik” çıxışının pərdə arxası
Ərdoğanın sözçüsündən maraqlı Gülən açıqlaması
Obama ilə Ərdoğan arasında telefon danışığı olub
Ərdoğan Putinin xahişini yerə salmadı
Valeri Jiskar d'Esten

Fransanın keçmiş prezidenti koronavirusdan öldü

5
(Yenilənib 11:05 03.12.2020)
Valeri Jiskar d'Estenin adını daşıyan fonddan verilən məlumata görə, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

BAKI, 3 dekabr — Sputnik. Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Esten 94 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan-ın "Europe 1" kanalına istinadən yaydığı məlumata görə, onun adını daşıyan fonddan keçmiş prezidentin koronavirusdan öldüyü bildirilib. O da qeyd olunub ki, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Siyasətçinin ölümü ilə əlaqədar həm Fransanın indiki prezidenti Emmanuel Makron, həm də əvvəllər bu ölkəyə rəhbərlik etmiş şəxslər - Nikolya Sarkozi və Fransua Olland başsağlığı veriblər.

Qeyd edək ki, noyabr ayının ortalarında Jiskar d'Esten Fransanın qərbindəki Luar et Şer departamentindəki iqamətgahından xəstəxanaya yerləşdirilmiş, noyabrın 20-də isə evə buraxılmışdı.

Bundan əvvəl keçmiş prezident ağciyər infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra həkimlər onda COVID-19 virusu aşkar etmişdilər.

Valeri Jiskar d'Esten 1926-cı ildə məmur ailəsində anadan olub. O, Ali Politexnik Məktəbi və Milli İdarəetmə Məktəbini bitirib. Şarl de Qoll və Jorj Pompidunun prezidentliyi dövründə maliyyə naziri vəzifəsində çalışıb, Fransız Demokratiyası Uğrunda İttifaq partiyasının lideri olub.

1974-cü ildə Pompidunun ölümündən sonra Jiskar d'Esten prezident seçkilərində qalib gəlib. Onun hakimiyyəti dövründə Fransa Şarl de Qollun xarici siyasətindən imtina edərək NATO strukturlarına qayıtmağa başlayıb. Eyni zamanda, siyasətçi Sovet İttifaqı ilə əlaqələri gücləndirmək üçün xeyli səy göstərib, on dəfədən çox SSRİ-yə və daha sonra Rusiyaya səfər edib.

Keçmiş prezident bir neçə əsərin və iki cildlik memuarlar kitabının müəllifidir.

5
Teqlər:
prezident, Fransa, COVID-19, Koronavirus
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

10
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

10
Şəhidin dəfni

Qırx gün itkin sayılan şəhid dəfn olundu

0
(Yenilənib 11:36 03.12.2020)
Dünən Şabran rayonunun Rəhimli kəndinə İkinci Qarabağ müharibəsində həyatını itirmiş 3-cü şəhid gəlib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dünən Şabran rayonunun Rəhimli kəndinə Vətən müharibəsində həlak olmuş 3-cü şəhid gəlib. 2001-ci il təvəllüdlü Həmzəyev Musa Xalid oğlu Vətən müharibəsində 40 gün idi ki, itkin sayılırdı. Lakin dünən onun şəhid olduğu məlum olub.

  • Həmzəyev Musa
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Həmzəyev Musa

Şəhid doğulduğu Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb.

Şəhid Musa Həmzəyev Axıska türküdür.

Allah rəhmət eləsin!

0
Teqlər:
itkin, şəhid, Şabran rayonu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə