Türk polisi Çinar ərazisinin təhlükəsizliyi qoruyur, arxiv şəkli

19 PKK terrorçusu məhv edildi

162
(Yenilənib 12:31 10.11.2016)
Dünən gecə Şırnakda terror qruplaşmasına qarşı əməliyyat keçirilib

BAKI, 10 noy — Sputnik. Türk ordusu ölkənin cənub-şərqindəki Şırnak vilayətində antiterror əməliyyatı keçirib. Əməliyyat zamanı 19 PKK terrorçusu məhv edilib.

Sputnik "Yeni Akit"ə istinadən xəbər verir ki, dünən gecə Şırnakda terror qruplaşmasına qarşı əməliyyat keçirilib. Atışma vilayətin Bestler-Dereler bölgəsində yaşanıb.

162
Teqlər:
antiterror əməliyyatı, Şırnak, PKK, Türk ordusu, Türkiyə, terrorçu
Əlaqədar
"PKK-ya ən çox yardımı Almaniya edir"
PKK Diyarbəkiri qana boyadı, 100-dən çox yaralı var
PKK hərbi düşərgələrini bu ölkəyə köçürdü?
PKK-ya qarşı xüsusi əməliyyat keçirilib
PKK yenə əsgəri hədəfə aldı
PKK-ya "işləyən" şəxs öldürülüb
Türkiyədə 7 PKK terrorçusu öldürülüb
Varşavada Polşa XİN-nin binası, arxiv şəkli

Polşa Belarusla diplomatik münasibətləri kəsməkdən imtina etdi

0
(Yenilənib 18:29 25.09.2020)
Belarusa qonşu ölkələr – Latviya, Litva və Polşa artıq Belarusun siyasi böhrandan çıxması üçün kömək planı hazırlayıb. Bundan əlavə, Varşava müxalifət və Minsk arasında dialoqda vasitəçi olmağa hazırdır, lakin digər iştirakçıları vəziyyətə müdaxilə etməməyə çağırır.

BAKI, 25 sentyabr — Sputnik. Rəsmi Varşava Minsklə diplomatik münasibətləri kəsməkdən imtina edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Polşa hökuməti Belarusla diplomatik münasibətləri dəstəkləyir və onu kəsmək niyyətində deyil. Beləliklə, rəsmi Varşava Aleksandr Lukaşenkonu legitim prezident olaraq tanımamasına baxmayaraq Minsklə əlaqələri saxlamaq istəyir.

Qeyd edək ki, Belarusa qonşu ölkələr – Latviya, Litva və Polşa artıq Belarusun siyasi böhrandan çıxması üçün kömək planı hazırlayıb. Bundan əlavə, Varşava müxalifət və Minsk arasında dialoqda vasitəçi olmağa hazırdır, lakin digər iştirakçıları vəziyyətə müdaxilə etməməyə çağırır.

Xatırladaq ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

0
Şimali Koreya Prezidenti Kim Çen In, arxiv şəkli

Bunu ondan heç kim gözləmirdi, Kim Çen In üzr istədi

16
(Yenilənib 19:10 25.09.2020)
Rəsmi Seul kəşfiyyat məlumatlarına istinad edərək vətəndaşının Şimali Koreyanın ərazi sularında öldürüldüyünü və daha sonra yandırıldığını bəyan edib.

BAKI, 25 sentyabr — Sputnik. Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Cənubi Koreya vətəndaşının öldürülməsinə görə rəsmi Seuldan üzr istəyib. Sputnik Azərbaycan xəbər verir ki, "Yonhap" agentliyi xəbər yayıb.

Məlumatda qeyd olunur ki, rəsmi Pxenyan, həmçinin bu hadisəyə görə təəssüf hiss keçirdiyini də qeyd edib.

Şimali Koreya, həmçinin faktla bağlı araşdırmanın aparıldığını və bu araşdırmanın nəticələrinin Cənubi Koreya ilə paylaşılacağını bildirib.

Qeyd edək ki, bu həftənin əvvəlində Cənubi Koreyanın Balıqçılıq Departamentinin rəsmisi KXDR hərbçiləri tərəfindən atəş açılaraq öldürülüb.

Rəsmi Seul kəşfiyyat məlumatlarına istinad edərək vətəndaşının Şimali Koreyanın ərazi sularında öldürüldüyünü və daha sonra yandırıldığını bəyan edib.

16
Əlaqədar
Tramp və Kim Çen Inın danışıqlarının üstü açıldı
Kim Çen In səlahiyyətlərini kiçik bacısına həvalə edib – stresi atmaq üçün