Nyu-York Tayms-skver meydanı seçki gecəsi, 9 noyabr 2016-cı il

Amerikalıların əksəriyyəti ölkələrindəki seçki sisteminin dəyişməsini istəyir

41
(Yenilənib 16:41 10.11.2016)
ABŞ əhalisinin yarısı "bir adam-bir səs" sisteminə tam keçidin tərəfdarıdır

BAKI, 10 noy — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə, amerikalıların əksəriyyəti (60%) ABŞ-ın seçki sisteminin dəyişdirilməsini istəyir. Bununla yanaşı, onların az qala yarısı (45%) "bir adam-bir səs" sisteminə tam keçidin tərəfdarıdır. Sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə TNS UK şirkəti tərəfindən keçirilib.

"Siz ABŞ-ın hazırkı səsvermə sistemi ilə razısınızmı?" sualına sorğulananların 15%-i, özündə "bir adam-bir səs" sisteminin prinsiplərini birləşdirən yeni səsvermə qaydalarına keçilməsini istədiyini bildirib. ABŞ sakinlərinin yalnız 22%-i səsvermə siteminin dəyişməsinə qarşı olduğunu deyib, 16% respondent "bilmirəm" cavabını verib və 2% öz variantını təklif edib.

ABŞ prezidenti 538 xüsusi seçicidən ibarət Kollegiya tərəfindən seçilir. Hər ştatdan bu xüsusi seçicilərin sayı buradan seçilməli olan senator və Konqresin Nümayəndələr Palatası üzvlərinin cəmi sayına bərabərdir. Kollegiyaya, həmçinin Kolumbiya xüsusi dairəsindən üç üzv daxildir. Qələbə üçün prezidentliyə namizəd 270 xüsusi seçicinin səsini əldə etməlidir.

Sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə TNS UK şirkəti tərəfindən 3-7 noyabr tarixlərində ABŞ-da keçirilib. Sorğuda 18-64 yaşında 1012 respondent iştirak edib.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və ictimai soğu keçirən qocaman şirkətlərdən biri — Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

41
Teqlər:
sistem, Sputnik.Rəy, amerikalı, sorğu, seçki, ABŞ
Əlaqədar
Donald Trampın prezident seçilməsi dünya liderlərini şoka salıb
Səfir: Trampın komandasında Qafqaz barədə məlumatlı ekspertlər var
Donald Tramp ABŞ-da prezident seçkilərində irəlidədir
Klinton Trampı sorğuda qabaqlayır
Donald Tramp seçkidən kənarlaşdırılır?
Tramp Putini "yerə-göyə sığdırmadı"
Mazda CX-30

"Mazda" şirkəti CX-30 modelini elektromobilə çevirib

3
(Yenilənib 23:03 21.04.2021)
Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına ilin ikinci yarısında başlanacaq.

BAKI, 21 aprel — Sputnik. "Mazda" şirkəti Şanxaydakı avtomobil sərgisində CX-30 modelinin elektrik mühərrikli variantını - CX-30 EV versiyasını nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, daxili yanma mühərriki əvəzinə e-SkyActiv tipli elektrik mühərriki ilə təchiz olunmuş yeni model tanınmış yapon markasının Çin bazarına təqdim olunmuş ilk elektrokarıdır.

Elektrik mühərrikli CX-30 şirkətin ilk kütləvi istehsal olunan Mazda MX-30 elektrokarı ilə eyni SVA (SkyActiv Vehicle Architecture) platforması əsasında qurulub. Hələ ki şirkət "yaşıl" krossoverin mühərriki barədə məlumatı açıqlamayıb. Lakin yəqin ki, onda da MX-30 modeli ilə yeni mühərrikdən istifadə olunacaq.

143 at gücündə olan elektrik mühərriki həcmi 35,5 kilovatt/saat olan və həm sabit, həm də dəyişən cərəyan şəbəkəsindən doldurula bilən litium-ion batareyasından qidalanır.

Lakin bu batareya birbaşa cəmi 200 km məsafə qət etmək üçün bəs edir. "Mazda"nın mütəxəssisləri avtomobili qəsdən kiçik batareya ilə təchiz etdiklərini bildiriblər. Belə ki, daha iri batareyalar ətraf mühitə ciddi ziyan vurur.

Qeyd olunur ki, yeni CX-30 EV öz yanacaqla işləyən sələfindən təkcə mühərriki ilə fərqlənmir. Belə ki, krossoverin zahiri görünüşündə də dəyişikliklər baş verib. Avtomobilin banı bir qədər daha hündürdə durur, qabaq bamperdə əlavə "dodaq", ayaqaltılar və təkər kəsiklərinin daha da relyefli olması krossoveri bir az da cazibədar edir.

Mazda CX-30 EV bu şirkətin Çin bazarna təklif olunan ilk elektrokarıdır. Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına isə cari ilin ikinci yarısında başlanacaq.

3
Məhkəmə zalı, arxiv şəkli

Seren Serengil verdiyi reklam vədinə əməl etmədi: Təzminat işi açıldı

3
(Yenilənib 22:59 21.04.2021)
Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi.

BAKI, 21 aprel — Sputnik. Aparıcı Seren Serengil məhkəməyə verilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Seren "Hairworld İstanbul" adlı sağlamlıq şirkəti ilə müqavilə imzalayıb.

Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi. Lakin aparıcı müqavilənin şərtlərinə əməl etməyib.

Buna görə də sözügedən şirkət Sereni məhkəməyə verərək ondan 11 min avro (22 min 490 manat) təzminat tələb edib.

3