SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Həsən Ruhaninin prezidentlik uğrunda rəqibu martda məlum olacaq

© AP Photo / Ebrahim NorooziПрезидент Ирана Хасан Рухани
Президент Ирана Хасан Рухани - Sputnik Azərbaycan
Abunə olmaq
İqor Pankratenko: Ya İran düzəlişlər edərək İslam İnqilabının bəzi prinsiplərini saxlayır, ya da qlobal rəqabətə davam gətirə bilməyən adi burjua-kapitalist dövlətə çevrilir.

BAKI, 8 noy — Sputnik. İran İslam Respublikası növbəti prezident seçkiləri ərəfəsindədir. Ölkənin növbəti prezidenti kim olacaq? İndi bu sual həm ölkə daxilində, həm də xaricdə çoxlarını düşündürür. 

İran üzrə müstəqil ekspert İqor Pankratenkonun sözlərinə görə, bu məsələnin iki yolu var: “Ya İran düzəlişlər edərək İslam İnqilabının bəzi prinsiplərini saxlayır, ya da ki, Ruhani komandasının keçirmək istədiyi islahatların təsiri altında zəif iqtisadiyyatı olan, qlobal rəqabətə davam gətirə bilməyən adi burjua-kapitalist dövlətə çevrilir”. 

“Problem ondadır ki, Ruhani kabinetinin opponentləri – mühafizəkarlar hələ öz namizədlərini seçməyiblər. Məncə, Ruhaninin rəqibi mart-aprel aylarından tez məlum olmayacaq. Hələ ki heç kəs özünü Ruhaninin rəqibi qismində göstərmək istəmir. Danışıqlar və şərtlərin razılaşdırılması prosesi gedir”, — deyə o bildirib.

Xəbər lenti
0