Klinton və Tramp

FTB şefinin açıqlaması ABŞ-da qüvvələr balansını dəyişdi

68
Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosi: "Respublikaçılar artıq sirk nömrəsinə son qoymalıdırlar"

BAKI, 7 noy — Sputnik. ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) sabah keçiriləcək prezident seçkilərinə Demokratlar Partiyasından namizəd Hillari Klintona qarşı heç bir iddia qaldırmayacaq. FTB-nin direktoru Ceyms Komi belə bir bəyanatın yer aldığı məktubu Konqresə göndərib. Məktubda FTB əməkdaşlarının xanım Klintonun elektron yazışmaları üzərində günlərlə araşdırma apardıqları, amma cinayət işinin açılması ilə bağlı heç bir əsasın olmadığı yazılıb.

Gözlənildiyi kimi, Klintonun qərargahı bunu qələbə kimi qarşılayıb. Donald Trampın qərərgahı isə FTB rəhbərinə açıq hücumlar etmədən öz narazılığını bildirib.

FTB-nin ikinci "bomba"sı

Seçkilərə 10 gün qalmış FTB prezidentliyə namizəd Hillari Klinton barəsində "elektron poçt" işi üzrə istintaqı yenidən bərpa etmişdi. İddiaya əsasən, Klinton dövlət katibi (2009-2013-cu illərdə) vəzifəsində çalışarkən, şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar aparıb. Nəticədə məxfi xarakterli dövlət məlumatlarının yayılmasına şərait yaratmışdı.

"Məktubların tədqiqatına əsaslanaraq bizim iyul ayında Hillari Klintona aid formalaşmış fikrimiz dəyişməyib", — deyə Komi məktubda yazıb.

Beləliklə, Klintona qarşı açılan iş yenidən bağlanıb, FTB-in isə ona qarşı heç bir iddiası yoxdur. FTB-in yeni məktublar haqda bəyanatı Klintonun reytinqinin kəskin azalmasına və Donald Trampın şanslarının artmasına səbəb olmuşdu. Demokratlar Komini respublikaçıya dəstək olmaqda günahlandırırdılar.

Demokratlar sevinirlər, respublikaçılar isə…

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi hesab edir ki, FTB-nin Klinton haqda son qərarı respublikaçıların "sirk nömrəsi"nə son qoymalıdır. Demokratlar Partiyasından vitse-prezident vəzifəsinə namizəd Tim Keyn isə Klintonun təqsirsiz olduğuna əmin olduğunu deyib. Hillari Klinton özü isə FTB-nin qərarını şərh etmək istəmir.

Respublikaçılar gözlənildiyi kimi, Kominin qərarından narazı qalıblar. Lakin FTB direktoruna qarşı birbaşa hücumlara da meyl etməyiblər. Konqresin Nümayəndələr Palatasının spikeri, respublikaçı Paul Rayanın sözlərinə görə, Klintona qarşı istintaq aparılmasa belə, o, "bizim milli sirləri riskə məruz qoyub". Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri Rins Pribas da Klintonun şəxsi elektron ünvanından istifadə etməklə "qanunu pozduğunu" deyib.

Телевизионные дебаты между Хиллари Клинтон и Дональдом Трампом
© REUTERS / Joe Raedle/Pool

"FTB əməkdaşları ona ağır cinayətlərinə görə, o cümlədən Konqresdə ifadə vermək üçün çağırış alandan sonra 33 milyon elektron məktubu pozduğuna görə cəzasız qalmağa imkan verməyəcəklər", — deyə Tramp Miçiqan ştatındakı çıxışı zamanı bildirib.

O, Klintonu ABŞ prezidenti vəsifəsini tutmağa çalışan "ən çox korrupsiyalaşmış şəxs" adlandırıb.

Nəticələr aydın deyil

Kominin ilk bəyanatından sonra Klintonun reytinqi sürətli şəkildə enməyə başladı. Klintonun bəraət qazanması ona kömək edə bilər, lakin bunun üçün çox az vaxt qalıb — seçkilər çərşənbə axşamı baş tutacaq. Kominin son bəyanatlarının təsirini isə sorğularla müəyyən etmək olmayacaq, onların təhlili üçün ən azı iki gün vaxt lazımdır.

Hakimiyyətə hansı namizəd gəlir gəlsin, Kominin öz işini itirmək qorxusu yoxdur. Prezident onu öz vəzifə müddətinin sonunda işdən çıxara bilər, lakin bu, kapital itkisi ilə nəticələnə bilər. Belə ki, Klinton hakimiyyətə gəlsə belə, açıq tənqid və dərin antipatiyaya baxmayaraq Komi ilə birgə işləməli olacaq.

Bazar gününə olan sorğu nəticələrinə görə, Klinton yenə öndədir. "RealClearPolitics"in məlumatına görə, orta göstərici belə, Klintona 2,2 ballıq üstünlük verir. "The New York Times" onun qələbə ehtimalını 84%, "PredictWise" — 89%, "Huffington Post" isə 98% səviyyəsində qiymətləndirir.

2008 və 2012-ci illərin seçki nəticələrini düzgün təxmin edən "FiveThirtyEight" isə bu proqnozlar sırasında istisna olub. Mənbənin məlumatına görə, Klintonun qələbə qazanma ehtimalı yalnız 65% təşkil edir. Bu, Trampın qələbə qazanması üçün real şansın olduğunu göstərir.

68
Teqlər:
Donald Tramp, Konqress, Ceyms Komi, Hillari Klinton, Demokratlar Partiyası, prezident seçkiləri, FTB, Federal Təhqiqatlar Bürosu, ABŞ
Əlaqədar
Donald Tramp seçkidən kənarlaşdırılır?
Tramp Putini "yerə-göyə sığdırmadı"
Tramp Klintonu geridə qoydu
Donald Trampdan ilginc iddia
Donald Tramp Vladimir Putinin fikirlərini dəstəkləyib
Donald Tramp qalib gəldi
Şərab çəlləkləri, arxiv şəkli

Şərab sisterni partladı, hər yan al rəngə boyandı

4
(Yenilənib 14:46 26.09.2020)
Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

BAKI, 26 sentyabr — Sputnik. İspaniyada şərab sisterninin partlaması hər tərəfi qırmızı rəngə boyayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Villamalea vilayətində baş verib. Belə ki, şərab istehsalı zavodunda çaxırla dolu sisternin partlaması ilə 50 min litr qırmızı şərab ətarfa yayılıb.

Qeyd edək ki, hadisə İspaniyanın"Bodegas Vitivinos" adlı şərab evində baş verib. Bildirilib ki, ətrafa yayılan şərab bu il ərzində toplanan məhsul olub. Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

4
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

5
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

5