Anomal isti

Bəşəriyyətin başı üzərində yeni bəla

1706
Artıq 50 dərəcə isti normal temperatur sayılacaq

BAKI, 7 noy — Sputnik. 2040-cı ildə, hazırda bizim ən yüksək hesab etdiyimiz temperatur norma hesab olunacaq. Sputnik Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Avstraliya klimatoloqları məlumat veriblər.

"Bulletin of American Meteorological Society"nin məlumatına görə, qarşıdan gələn onilliklərdə iqlim ciddi dəyişikliyə məruz qalacaq və yeni iqlim normaları müəyyən ediləcək. 2040-cı ildə isə bizim Yer kürəsində ən yüksək temperatur saydığımız temperatur adi norma kimi qəbul olunacaq.

Alimlər qeyd edirlər ki, hər il orta aylıq və orta illik temperatur yüksəlir: "Artıq 2025-ci ildə insanlar yayda yüksək temperaturla mübarizə aparmağa başlamalı olacaqlar. Yaydakı yüksək istilər nəticəsində dəhşətli dərəcədə meşə yanğınları müşahidə olunacaq".

"Bu ilin yayında Avstraliyada temperatur 50 selsiyə qədər artıb. Bundan sonra oktyabr ayında istidən meşə yanğınları baş verib. Bu, 2035-ci ilin tipik Avstraliya yayı olacaq", — deyə Avstraliya Milli Universitetinin elmi əməkdaşı Sofiya Lyuis deyib.

Alimlərin sözlərinə görə, iqlim dəyişikliklərinin qarşısını almaq üçün ekologiyanın mühafizəsi üzərində ciddi işləmək lazımdır. İlk növbədə, onlar atmosferə buraxılan tullantılardan əmələ gələn istiliyi ixtisar etməklə istiləşmə prosesini ləngitməyi məsləhət bilirlər.

1706
Teqlər:
atmosfer, soyuq, isti, hava, temperatur, iqlim
Əlaqədar
Bakıda 27 dərəcəyədək isti gözlənilir
Bakıda 31 dərəcəyədək isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Bakıda 37 dərəcəyədək isti gözlənilir
NASA son 136 ilin ən isti ayını açıqlayıb
İsti yerini soyuğa verir