İŞİD-in əsas liderlərindən biri öldürüldü

© Sputnik / Mokhamad MarufİŞİD
İŞİD - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd əl-Cuburi İŞİD döyüşçülərinin sivil xalqdan qalxan kimi istifadə etdiyini söyləyib

BAKI, 7 noy — Sputnik. İraq ordusunun iki il əvvəl İŞİD terrorçularının nəzarətinə keçən Mosul şəhərinə başlatdığı əməliyyatda, terror təşkilatının üçüncü şəxsi, Əbu Həmzə ləqəbli döyüşçü məhv edilib. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraq ordusunun generalı Əhməd əl-Cuburi məlumat verib.

O deyib ki, Əbu Həmzə İŞİD-in "son qalası" hesab edilən əl-Alil rayonuna təşkil edilən hücum zamanı zərərsizləşdirilib. Terrorçunun xarici ölkə vətəndaşı olduğunu deyən əl-Cuburi, onun kimliyi barədə isə detal verməyib. Əhməd əl-Cuburi, İŞİD-li döyüşçülərin sivil xalqdan qalxan kimi istifadə etdiyini də söyləyib.

Xəbər lenti
0