FED-in dekabrda uçot dərəcəsini qaldırma ehtimalı 80 faizə yüksəldi

Abunə olmaq
Treyderlər FED-in ilin sonu üçün faiz artımı seçimini gizli saxlaması ilə dekabrda faiz artımı ehtimalını daha da yüksəldiblər.

BAKI, 3 noy-Sputnik. Treyderlər FED-in dekabrda uçot dərəcəsini qaldırma ehtimalını 80 faizə yüksəldiblər.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, treyderlər FED-in uçot dərəcəsini sabit saxlayaraq ilin sonu üçün faiz artımı seçimini gizli saxlaması ilə dekabrda faiz artımı ehtimalını daha da yüksəldiblər.

FED qərarından sonra dekabr ayında faiz artımı ehtimalı 78 faiz ilə 80 faiz arasında dəyişir.

Qeyd edək ki, FED noyabr iclasında uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

Ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Xəbər lenti
0