Türk ordusu Raqqa şəhərinə girəcək

© AP Photo / Kayan OzerRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti: "İŞİD terrorçuları Əl-Bab şəhərini tərk edəcəklər. Bu yolda mübarizəmiz davam edəcək"

BAKI, 27 okt — Sputnik. "Barak Obama ilə telefonda danışarkən İŞİD-i Raqqadan birlikdə çıxarmağı təklif etdim. Raqqanın azad edilməsi üçün YPG-yə ehtiyac yoxdur dedim".

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, şəhid ailələrinə həsr olunmuş tədbirdəki çıxışı zamanı bildirib. "İŞİD terrorçuları Əl-Bab şəhərini də tərk edəcəklər. Bu yolda mübarizəmiz davam edəcək", — o deyib.

"Daha sonra Münbiçə, Raqqaya gedəcəyik. Ötən gün axşam Barak Obama ilə uzun telefon danışığımız oldu. Məsələ ilə bağlı atacağımız addımları müzakirə etdik. Ona da söylədim ki, "PYD-YPG terror qruplarına bizim ehtiyacımız yoxdur. PKK, PYD və YPG, bunlar hamısı eyndir. Gəlin, Raqqanı birlikdə azad edək. Bunu etməyə gücümüz də var"", — Ərdoğan vurğulayıb.

Xəbər lenti
0