Obama ilə Ərdoğan arasında telefon danışığı olub

© AFP 2023 / FATIH AKTASTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev rəhbəri Suriya müxalifәtinә göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib

BAKI, 27 okt — Sputnik. Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Barak Obama arasında telefon danışığı olub. Sputnik xəbər verir ki, bu barәdә Türkiyə Prezidentinin Administrasiyasından məlumat verilib.

İki liderin telefon danışığında İŞİD və PKK ilә mübarizә mәsәlәsi müzakirә olunub. Eyni zamanda Barak Obama İŞİD-ə qarşı mübarizədə rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb.

Ağ Ev rəhbəri, həmçinin Suriya müxalifәtinә göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib.

Xəbər lenti
0