Hillari Klintonun qorxduğu başına gəldi

© RIA NovostiWikiLeaks
WikiLeaks - Sputnik Azərbaycan
Abunə olmaq
"WikiLeaks" demokratların prezidentliyə namizədi Hillari Klintonun seçki qərərgahının elektron məktublarını dərc edib

BAKI, 26 okt — Sputnik. "WikiLeaks" saytı ABŞ-da demokratların prezidentliyə namizədi olan sabiq dövlət katibi Hillari Klintonun seçki kampaniyasını icra edən qrupun rəhbəri Con Podestaya aid daha üç mindən artıq elektron məktubu dərc edib. Sputnik RİA-ya istinadən xəbər verir ki, bir müddət əvvəl Podestanın gizli məktublarının 17-ci hissəsi dərc olunub. İlk hissə isə oktyabrın 8-də (2060 məktub — red.) dərc olunub. 

© REUTERS / Brian SnyderDemokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hİllari Klinton
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hİllari Klinton - Sputnik Azərbaycan
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hİllari Klinton

Hər gün sayt administrasiyası davamlı "Podesta sızıntısı"na aid minlərlə müxtəlif formatlarda (mp3, wav, mov, mp4, ppt, xls, pdf, doc və s. — red.) olan sənəd dərc edir. Bu günədək 30 mindən çox məxfi sənəd dərc olunub.

Klintonun dövlət katibi vəzifəsindən ayrıldıqdan sonra "Wall Street" şirkətləri üçün pul müqabilində etdiyi çıxışlarının mətnlərinin də sızdırılan sənədlər arasında olduğu bildirilir. Bu sənədlərə əsasən, Klinton "Wall Street" şirkətləri üçün 2013-2014-cü illərdə etdiyi çıxışlar müqabilində ümumilikdə 21,6 milyon dollar alıb. Bundan başqa, minlərlə elektron məktubun arasında, Türkiyənin də aralarında olduğu bir çox ölkə ilə bağlı xarici siyasət analizləri də daxil olmaqla çoxlu sayda yazışma var.

Oktyabrın əvvəlində "WikiLeaks"in qurucusu Culian Assanc yeni sənədləri dərc edəcəklərini və bunların "Google" və ABŞ-dakı prezident seçkiləri kampaniyası, müharibələr, silah satışları və neft sənayesi kimi mövzuları əhatə edəcəyini bildirib.

İlk dəfə bu ilin iyun ayında Demokratlar Partiyasının rəhbərliyi tərəfindən gündəmə gətirilən kiber-hücum məsələsinin arxasında Rusiyanın olub-olmadığı uzun müddət müzakirə olunub. Hillari Klintonun fikirlərinə görə, Rusiya hökuməti amerikalıların əleyhinə casusluq edib, sonra isə bütün məlumatları "WikiLeaks" təşkilatına ötürüb.

Onun sözlərinə əsasən, bu barədə göstərişi şəxsən Rusiya prezidenti Vladimir Putin verib. Lakin xanım Klinton dedikləri ilə bağlı heç bir sübut ortaya qoya bilməyib, rəsmi Moskva isə bütün ittihamları rədd edib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Xəbər lenti
0