Almazbek Atambayev

Prezident hökuməti tam tərkibdə istefaya göndərdi

133
(Yenilənib 11:13 26.10.2016)
Almazbek Atambayev bununla əlaqədar sərəncam imzalayıb

BAKI, 26 okt — Sputnik. Qırğızıstan prezidenti Almazbek Atambayev bu gün "Qırğızıstan Respublikası hökumətinin istefası haqqında" sərəncam imzalayıb. Sputnik-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir ki, QSDP, "Qırğızıstan", "Onuquu-Tərəqqi" və "Ata Məkan" fraksiyalarının qurduğu koalisiya dağıldığı üçün hökumət istefaya getmiş sayılır. Baş nazir, baş nazirin birinci müavini, baş nazirin müavinləri, hökumət üzvləri, həmçinin administrativ idarələrin rəhbərləri öz vəzifələrini Nazirlər Kabinetinin yeni üzvləri və dövlət strukturlarının rəhbərləri təyin olunana qədər icra edəcəklər.

Qeyd edək ki, sözügedən koalisiya 2 noyabr 2015-ci ildə qurulub. Bu koalisiya QSDP-nin tərəfdaşları ilə olan fikir ayrılığı səbəbindən dağılıb.

133
Teqlər:
Almazbek Atambayev, Qırğızıstan, sərəncam, dövlət başçısı, hökumət, istefa
Əlaqədar
Ermənistanın baş naziri istefa verdi
Seks kaseti ortaya çıxan nazir istefaya göndərildi
Türkiyənin daxili işlər naziri istefa verib
ABŞ istefa ilə çalxalandı
Serj Sarkisyan Edvard Nalbandyanı istefaya göndərir?
Britaniyanın Baş naziri istefaya gedir