Türkiyəyə sığınan suriyalı miqrantlar geri qaytarılır

© AFP 2023 / BULENT KILICSuriyalı miqrantlar
Suriyalı miqrantlar - Sputnik Azərbaycan
Abunə olmaq
Terror təşkilatlarından təmizlənən Cerablus bölgəsinə Türkiyədən geri dönənlərin sayı 7 min 741 nəfərə çatıb

BAKI, 25 okt — Sputnik. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı çərçivəsində terror təşkilatlarından təmizlənən Cerablus bölgəsinə Türkiyədən geri dönənlərin sayı 7 min 741 nəfərə çatıb.

Нелегальные мигранты в тесноте и в плохих санитарно-гигиенические условиях отправляются в Европу - Sputnik Azərbaycan
Suriyalı miqrantlar İspaniyada üsyan qaldırdı

Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Cerablus bölgəsində terror təhdidlərinə qarşı həyata keçirdiyi əməliyyatdan sonra Türkiyəyə sığınan miqrantların Cerablusa geri dönmələri davam edir. Gaziantep Valiliyinin işçiləri tərəfindən qeydiyyat əməliyyatından sonra suriyalılar Cerablusa geri göndərilir.

Gaziantep Miqrasiya İdarəsinin nümayəndəsi Oktay Bahçeci "Fərat qalxanı" əməliyyatı çərçivəsində Cerablusun terror təşkilatlarından təmizləndiyini və vətənlərinə dönmək istəyənlərin qarşısında hər hansı bir maneənin olmadığını xatırladıb. O, qeyd edib ki, təxminən 2 ayda cəmi 7 min 741 nəfər Cerablusa geri göndərilib.

Digər tərəfdən, Türkiyədən həmin bölgəyə gedən humanitar yardım quruluşları fəaliyyətlərini orada davam etdirirlər.

Xəbər lenti
0