Antalyada baş vermiş partlayışda 10 nəfər yaralanıb

© Photo : Milliyet.com.trTürkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının "Dairəvi yol" ərazisində yerləşən binada partlayış baş verib
Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının Dairəvi yol ərazisində yerləşən binada partlayış baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayışın baş vermə səbəbi hələlik tam bilinmir

BAKI, 25 okt — Sputnik. Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının "Dairəvi yol" ərazisində yerləşən binada baş vermiş partlayışda 10 nəfər yaralanıb. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Son dəqiqə məlumatlarına görə, partlayışda on nəfər yaralanıb. Əraziyə xeyli sayda təcili tibbi yardım maşınları, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Partlayışın baş vermə səbəbi hələlik tam bilinmir.

"Ola bilsin ki, partlayış qəza nəticəsində baş verib", — Antalyanın bələdiyyə sədri Menderes Türel açıqlama verib.

Onun sözlərinə görə, yaralanan şəxslərin həyatı üçün təhlükə yoxdur. M. Türel hadisənin terror olmadığı ehtimalını söyləyib. Araşdırmalar davam edir.

Xəbər lenti
0