ABŞ-ın müdafiə naziri İraqdadır

© AFP 2023 / JIM WATSON Глава Пентагона Эштон Картер
Глава Пентагона Эштон Картер - Sputnik Azərbaycan
Abunə olmaq
Eşton Karter ötən gün İraqın baş naziri ilə görüşüb.

BAKI, 23 okt — Sputnik. Pentaqon rəhbəri Eşton Karter bu gün İraqın kürd regional vilayətinin paytaxtı Ərbilə səfər edib.

Anadolu xəbər verir ki, Karter ötən gün Bağdadda İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüb.

Pentaqon rəhbəri oktyabrın 21-də Bağdad və Ankara arasında iki ildən artıqdır ki, İŞİD terror təşkilatının nəzarəti altında olan Mosul şəhəri ərazisində əməliyyatların aparılması üzrə razılaşma əldə olunduğu barədə xəbər vermişdi.

"Türkiyə və İraq Mosulda İŞİD-ə qarşı əməliyyat aparmaq məsələsi üzrə prinsipial razılıq əldə edib", — deyə Karter bildirib.

Xəbər lenti
0