Kürd silahlıları Kərkükə hücum etmiş İŞİD üzvlərinə qarşı döyüş zamanı, Kərkük – 21 oktyabr 2016

İŞİD bu dəfə Kərkükü qana boyadı

25
Terrorçular əvvəlcə stansiyaya hücum etmək istəyiblər, buna nail ola bilmədiklərindən üzərlərindəki partlayıcını işə salıblar

BAKI, 21 okt — Sputnik. İraqın şimalındakı Kərkük əyalətində terror aktı törədilib. Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, terror nəticəsində azı 16 nəfər dünyasını dəyişib.

Peşmərgə qüvvələrinə aid zirehli maşın Kərkükdə, İŞİD qüvvələrinin hücum etdiyi ərazidə
© REUTERS / Ako Rasheed
Peşmərgə qüvvələrinə aid zirehli maşın Kərkükdə, İŞİD qüvvələrinin hücum etdiyi ərazidə

Məlumata görə, İŞİD üzvü olan iki terrorçu-kamikadze əyalətin şimal-qərbində yerləşən elekrostansiyada özünü partladıb. Terrorçular əvvəlcə stansiyaya hücum etmək istəyiblər, buna nail ola bilmədiklərindən üzərlərindəki partlayıcını işə salıblar.

BMT-nin hesabatına əsasən, bu ilin sentyabrında İraqda mindən çox insan zorakılığın qurbanı olub, 1100 nəfər isə xəsarət alıb.

İŞİD qüvvələrinin hücumu nəticəsində xəsarət almış kürd döyüşçüsü
© REUTERS / Ako Rasheed
İŞİD qüvvələrinin hücumu nəticəsində xəsarət almış kürd döyüşçüsü. Kərkük, 21 oktyabr 2016-cı il
Hücum nəticəsindən zədələnmiş tikili
© REUTERS / Ako Rasheed
Hücum nəticəsindən zədələnmiş tikili

25
Teqlər:
Kərkük, kamikadze, İraq, terrorçu, terror, İŞİD
Əlaqədar
Politoloq: İŞİD-in infrastrukturu yaxın zamanda dağıla bilər
İŞİD-in Mosuldakı mövqelərinə artilleriya zərbələri endirilir
İŞİD-in dörd qərargahı yerlə yeksan edilib
Türk ordusundan İŞİD-ə ağır zərbə
"Türkiyə Suriyanın şimalını İŞİD-dən təmizləmədən geri çəkilməyəcək"
Mosul bu tarixdə İŞİD-dən azad ediləcək
Türkiyə aviasiyası İŞİD-in mövqelərinə zərbələr endirib

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

6
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

6
Teqlər:
mafiya, İtaliya
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli

Ermənistan müharibədə ölən hərbçilərinin siyahısını yeniləyib - sayları durmadan artır

35
Ermənistanın Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hər gün 30 meyitin ekspertizasını həyata keçirilər.

BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

35