BAKI, 21 okt — Sputnik. "Türkiyə Mosul əməliyyatında mütləq iştirak etməlidir". Sputnik Cumhuriyyet-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter Türkiyə Böyük Millət Məclisini ziyarəti əsnasında deyib.
Qəzetin xəbərinə görə, amerikalı nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla prezident iqamətgahında görüşüb. Onların görüşü yarım saat çəkib.
Karter, həmçinin baş nazir Binəli Yıldırım və müdafiə naziri Fikri Işıkla da görüşüb. Danışıqlar bağlı qapılar arxasında keçib. ABŞ müdafiə naziri deyib ki, İraqın Mosul əyalətinin İŞİD-dən təmizlənməsində türk ordusunun da iştirakı vacibdir.
Qeyd edək ki, Pentaqon rəhbəri Suriya və İraqdakı vəziyyəti müzakirə etmək məqsədi ilə bu gün səhər Türkiyəyə səfər edib.
BAKI, 22 yanvar — Sputnik. "Eşkiya dünyaya hökmdar olmaz" serialında İlyas Çakırbeyli rolunu canlandıran Ozan Akaba Azərbaycanın milli gerbini hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor iş prossesini özünün "Instagram" hesabında paylaşıb. Aktyor "yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər" yazıb. Azərbaycandan olan izləyicilər aktyora xoş rəylər yazıblar.
View this post on Instagram
Qeyd edək ki, aktyor "Aman Reis Duymasın", "Abluka", "Mutlak Adalet", "Krallar Kulübü", "Kadir ve Kardeşleri" və s. filmləri ilə məşhurdur.
BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.
View this post on Instagram
Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.
BAKI, 22 yanvar — Sputnik. Vətən müharibəsi zamanı mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.
Sputnik Azərbaycan xəbər verir ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.
Şəhid ailələri və qazilərə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.