F-16 qırıcıları

Türk qırıcıları ABŞ-ın Suriyadakı mütttəfiqlərini bombaladı

129
Rəsmi Ankara YPG silahlılarının Əl Bab şəhərinə tərəf irəliləməsi üzərinə Vaşinqtona nota verib

BAKI, 21 okt — Sputnik. Türk ordusu dünən gecədən başlayaraq Suriyanın şimalındakı PYD-YPG hədəflərini bombalamağa başlayıb. Sputnik xəbər verir ki, rəsmi Ankara YPG silahlılarının Əl Bab şəhərinə tərəf irəliləməsi üzərinə Vaşinqtona nota verib və döyüşçülərin geri çəkilməsi üçün vaxt qoyub.

Qeyd edək ki, ABŞ rəhbərliyi türk tərəfinə dünən səhər bu barədə təminat versə də, YPG Əl-Baba tərəf irəliləyişini davam etdirib. Bunun üzərinə Türk hərbi hava qüvvələrinə məxsus F-16 döyüş təyyarələri kürd separatçı dəstələrini havadan bombalamağa başlayıb. Qəzetin xəbərinə görə, nəticədə 200-ə yaxın silahlı məhv edilib.

129
Teqlər:
ABŞ, YPG, PYD, Suriya, Türk ordusu
Əlaqədar
Merkel Suriyaya görə məsuliyyəti Rusiyanın üzərinə atdı
Putin Suriyanı öz vətəni kimi müdafiə edir
Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi təsdiqləndi
Bəşər Əsəd: "Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir"
Putin: Suriyadakı vəziyyətə görə ABŞ məsuliyyət daşıyır
Suriyalı miqrantlar İspaniyada üsyan qaldırdı
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

37
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

37
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

25
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

25
Teqlər:
barel, birja, qiymət, neft
Xəstəxana, arxiv şəkli

Azərbaycanda İİV xəstələrinin sayı açıqlandı

0
Bir dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb.

BAKI, 1 dekabr — Sputnik. "1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1 864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1 082 nəfərdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, bu ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib: "484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır".

0