Qvatemalada gizli Maya sərdabələri aşkar edildi

"İlan çarlığı"nın altındakı sirli qəbirlər açıldı

12575
(Yenilənib 10:51 21.10.2016)
Bu sirlərin açılması ilə gələcək insanlıq dünya tarixinin bu ən böyük tapmacasını tapacaq

BAKI, 20 okt — Sputnik. Qvatemala şəhərindəki qədim "İlan çarlığı" piramidalarının altından, indiyədək arxeoloqların diqqətindən qaçmış iki sərdabə tapılıb. Qeyd olunur ki, 650-700 il əvvəl tikilən bu sərdabələr paytaxtdan 482 km şimalda tapılıb.

Hacı Muradın Qax rayonunundakı qəbrinin başdaşındakı şəkil
© Sputnik / Şahperi Abbasova

Sputnik-in məlumatına görə, bu barəd Daily Mail nəşri məlumat yayıb. Mayyalıların sirli sivilizasiyası həmişə tarixçilər üçün çətin qırılan qoz kimi olub. Lakin hər bir yeni kəşf alimləri bu qədim xalqın mənşəyi haqqında suallara cavab tapmağa bir az da yaxınlaşdırır.

Aydın şəkildə görünür ki, bu sərdabələrdə nüfuzlu insanlar dəfn olunub. Çünki onların dişləri mayyalıların kral ailələrinin ənənələrinə uyğun olaraq yəşim daşı ilə naxışlanıb. Buradakı bəzək əşyaları da yaxşı qalıb: skeletlərin qollarında və qıçlarında iki qolbağı, bud sarğısı və təmtəraqlı boyunbağı, inanılmaz dərəcədə dəqiqliklə işlənmiş yüzlərlə deşikli muncuq.

  • Qvatemalada gizli Maya sərdabələri aşkar edildi
    Qvatemalada gizli Maya sərdabələri aşkar edildi
    © Foto : Francisco Estrada-Belli

    © Xəritə: Daily Mail
  • Qvatemalada gizli Maya sərdabələri aşkar edildi
    Qvatemalada gizli Maya sərdabələri aşkar edildi
    © Foto : Getty Images
  • Qvatemalada gizli Maya sərdabələri aşkar edildi
    Qvatemalada gizli Maya sərdabələri aşkar edildi
    © Foto : Jaime Awe
1 / 8
© Foto : Francisco Estrada-Belli
Qvatemalada gizli Maya sərdabələri aşkar edildi

Ekspertlər ümid edirlər ki, bu sərdabə "İlan çarlığı" adlandırılan möcüzəvi Mayya qəbiləsi sülaləsinin sirrini aşkara çıxarır. Mütəxəssislər aydınlaşdırıblar ki, "İlan çarları" ailəsi Xolmul sərdabəsindən şimaldakı meydanda məskunlaşıb.

Qeyd edək ki, qəbirlərdən birində orta yaşlı adamın qalıqları tapılıb. Mayyalıların ən məşhur hökmdarlarından birinin, təqribən 3 min il əvvəl yaşadığı elmə məlumdur. Məlum olduğu kimi, o, "İlan kral" adı ilə məşhur idi.

Sərdabənin içindən tədqiqatçılar, həmçinin yəşim daşından, obsidiandan (vulkanık şüşə), insan sümüklərindən və keramikadan hazırlanmış əşyalar tapıblar. Bu dəfinədə ən çox diqqəti çəkən müxtəlif ölçülərdə olan mavi jadeit hissələrindən düzəldilmiş boyunbağıdır. Alimlər bu məzarın kimə məxsus olduğunu müəyyən etmək məqsədilə, oradakı boyunbağıdan asmaq üçün, bir tərəfində quş başı təsvir olunmuş iskənə və balta formasında olan bəzək əşyalarını tədqiq ediblər. Bu zərif bəzək əşyaları sərdabənin olduğu yerin tarixi əhəmiyyətini anlamağa yardım edir.

Digər piramidada tapılan ikinci sərdabə iki otaqdan ibarətdir. Tədqiqatçıların sözlərinə görə, bu otaqların divarlarındakı lövhələr, böyük ehtimalla əvvəllər "Kral-ilan" sarayının divarlarında olublar.

Artıq istisna deyil ki, gələcək insanlıq dünya tarixinin bu ən böyük tapmacasını tapacaq: Mayya sivilizasiyasının mənbəyi haradır? Eyni zamanda, bütün tarix boyu ən böyük və ən güclü krallıq mədəniyyətinə başçılıq etmiş "İlan çarları"nın hökmranlığı dövrü haqqında daha çox şey məlum olacaq.

12575
Teqlər:
Mayya, sirr, "İlan çarlığı", arxeoloqlar, piramida, sərdabə, qəbir
Əlaqədar
Azərbaycanda bu da varmış – gölün içində qəbiristanlıq
Azərbaycanda qəbiristanlıq yandı
Bunu da gördük: ən sürətli qəbir qazma yarışı keçirilib
Azərbaycanda qəbiristanlıq olmayan şəhər: bunu bilirdiniz?
Astarada 20-yə yaxın qəbirin başdaşı sındırılıb
Müsəlmanların İslama uyğun olmayan şəkildə dəfn edildiyi qəbiristanlıq