BAKI, 19 okt — Sputnik. ABŞ prezidenti Barak Obama Mosul əməliyyatının çətin olacağını, amma İŞİD-in mütləq məğlubiyyətə uğrayacağını söyləyib. Sputnik haberler-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Barak Obama, İtaliya baş naziri Matteo Renzi ilə birgə təşkil etdiyi mətbuat konfransında, Mosulu İŞİD-dən azad etmək üçün İraq ordusunun başlatdığı əməliyyatı böyük bir addım olaraq xarakterizə edib.
Obama Mosul əməliyyatın uzun və çətin bir mübarizə olacağının vurğulayıb. Amma ABŞ Prezidenti sonunda zəfər qazanılacağını qeyd edib. O, "İŞİD-in Mosulda məğlubiyyətə uğrayacağından əminəm" ifadəsini işlədib.
BAKI, 24 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 170945-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 273 nəfər artıb.
Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3175-ə çatıb. Xəstəlikdən sağalanların sayı 162517 nəfər olub. Hazırda bu ölkədə 4445 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 24 fevral — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı, həmçinin ondan ölənlərin sayı azalmağa davam edir, lakin koronavirus mutasiyasının aşkarlandığı ölkələrin sayı artır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilib.
"Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır. Yeni ölüm faktlarında da azalma qeydə alınır. Belə ki, ötən həftə təxminən 66 min yeni ölüm faktı qeydə alınıb ki, bu da ondan əvvəlki həftə ilə müqayisədə 20% çoxdur", - deyə ÜST-ün məlumatında bildirilir.
Bu arada ÜST bildirir ki, koronavirusun yeni ştamları yayılmağa davam edir. Son məlumatlara görə, "Britaniya" ştammı artıq 101 ölkədə, "Cənubi Afrika" ştammı 51, "Braziliya" ştammı isə 29 ölkədə qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 112,1 milyonu keçib, 2,48 milyondan çox insan isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.
Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.
30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.