Türkiyə Suriya sərhəddi

Artıq Türkiyə ərazisinə raket zərbələri endirmək mümkün olmayacaq

111
Suriyanın Hələb əyalətinin şimalındakı Mare şəhərinə bağlı doqquz qəsəbə Azad Suriya Ordusunun nəzarətinə keçib

BAKI, 17 okt — Sputnik. İŞİD terrorçularının Türkiyə ərazisinə raket zərbələri endirməsi təhlükəsi artıq aradan qalxıb. Sputnik Trthaber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından açıqlama verilib.

Məlumata görə, "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Hələb əyalətinin şimalındakı Mare şəhərinə bağlı doqquz qəsəbə Azad Suriya Ordusunun nəzarətinə keçib.

Xatırladaq ki, Türkiyə Suriya ilə sərhəddə təhlükəsiz zona yaratmaq məqsədilə avqustun 24-də hərbi əməliyyata başlayıb və Suriyaya zirehli texnika və əsgər yeridib.

111
Teqlər:
zərbə, "Fərat Qalxanı", raket, Suriya, Türkiyə, İŞİD, təhlükə
Əlaqədar
İŞİD-in Mosuldakı mövqelərinə artilleriya zərbələri endirilir
İŞİD-in dörd qərargahı yerlə yeksan edilib
Türk ordusundan İŞİD-ə ağır zərbə
"Türkiyə Suriyanın şimalını İŞİD-dən təmizləmədən geri çəkilməyəcək"
Mosul bu tarixdə İŞİD-dən azad ediləcək
Türkiyə aviasiyası İŞİD-in mövqelərinə zərbələr endirib
İŞİD Türkiyə ərazisini raket atəşinə tutub
Əlində gitara olan kişi, arxiv şəkli

Məşhur rok ifaçısı vəfat edib

13
Beş albomun müəllifi olan rok musiqiçisi daha çox "Pamela, Pamela", "Come on home", "Goodbye Bluebird", "She needs love" hitləri ilə tanınıb.

 

BAKI, 7 avqust — Sputnik. 60-70-cı illərin məşhur "Game of love" hitinin ifaçısı, britaniyalı rok musiqiçisi Ueyn Fontana vəfat edib.

74 yaşlı sənətçi İngiltərənin Stokport şəhərindəki xəstəxanalardan birində həyatını itirib.

Məşhur ulduzun ölüm səbəbi hələlik məlum deyil.

O, sözügedən kompozisiyanı ilk dəfə 1965-ci ildə "The Mindbenders" qrupu ilə birlikdə ifa edib.

Beş albomun müəllifi olan rok musiqiçisi daha çox "Pamela, Pamela", "Come on home", "Goodbye Bluebird", "She needs love" hitləri ilə tanınıb.

13
Deyzi Koulmen, arxiv şəkli

"Netflix"in ulduzu intihar etdi

21
Ana: "Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

BAKI, 7 avqust — Sputnik. 23 yaşlı məşhur amerikalı aktrisa və model Deyzi Koulmen intihar edib. Bu barədə ulduzun anası Melinda öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, qızı ötən gün axşam həyatına son qoyub. Anası bildirib ki, qızı Deyzi 14 yaşındakı təcavüz sarsıntısından hələ də özünə gələ bilmirmiş. O deyib ki, Deyzi Koulmen və rəfiqəsi məktəbdə ikən seksual zorakılığa məruz qalıblar. Hadisədən sonra sosial şəbəkədə ona qarşı qarayaxmalar, ailəsinə qarşı isə təhdidlər yazılmağa başlayıb. Üstəlik, onları təhqir edənlər cəzadan yayına biliblər. Ulduzun anası əlavə edib ki, "Netflix" ulduzu baş verənlərdən heç vaxt qurtula bilməyib: "O, mənim ən yaxşı dostum və gözəl qızım idi. Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

Qeyd edək ki, Koulmen məktəbdə oxuyarkən rəfiqəsi ilə birgə dostlarını ziyarət etdiyi zaman cinsi istismara məruz qalmışdılar. Təcavüzkar keçmiş ABŞ senatoru Metyu Barnettin nəvəsi olub və baş verən hər şey lentə alınıb. O vaxt Koulmen 14 yaşında idi. Bundan sonra Barnett qızı evinə aparıb və eyvanda buraxıb. Deyzinin anasının dediyinə görə, gecə demək olar ki, havanın temperaturu sıfıra bərabər olub. Səhər qızını eyvanda tapanda onun saçları soyuqdan yerə yapışıb. Eyni zamanda bu işi görən yeniyetmələr cəzadan qaçıblar, ittihamlar aradan götürülüb.

Tükürpədici hadisədən sonra, Deyzi Koulmeni sosial şəbəkələrdə təhqir etməyə başlayıblar və ailəsinə təhdidlər gəlib. Deyzinin anası işdən qovulub və müəmmalı şəraitdə evləri yanıb.

2016-cı ildə sözügedən hadisədən bəhs edən "Odri və Deyzi" adlı sənədli film, ABŞ-ın transmilli şirkəti olan "Netflix"-də yayımlanıb.

Bundan sonra Koulmen "Demokratiya indidir" və "Texas - ölüm tələsi" seriallarında çəkilib. O, həm də model və döymə sənətçisi kimi çalışıb.

21
Təcili yardım avtomobili, arxiv şəkli

Qəbələdə ehtiyatsızlıq azyaşlının ölümü ilə nəticələndi

0
Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurub, onlardan biri dünyasın dəyişib. Dünyasın dəyişən 4 yaşlı uşaq olub.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Yemişanlı kəndində baş verib. Kənd sakinləri - 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyevi və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbi elektirik xətlərinin kustar üsulla evlər arasında çəkilməsi olub.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

0