Slavyanks vilayəti

"Motorola" öldürüldü, yeni müharibə başlayır

1598
(Yenilənib 13:15 17.10.2016)
Donestkdə hesab edirlər ki, Arsen Pavlovun qətlə yetirilməsi Kiyevin müharibə çağırışıdır

BAKI, 17 okt — Sputnik. "Motorola" ləqəbi ilə məşhur olan, Donetsk silahlılarının əsas fiqurlarından biri — Arsen Pavlov sui-qəsd nəticəsində həyatını itirib. "Onun öldürülməsi Ukrayna ilə müharibəni yenidən alovlandıracaq", — tanınmamış "Donetsk Xalq Respublikasının" başçısı Aleksand Zaxarçenko belə deyib.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, Zaxarçenko bu hadisəni Ukrayna xüsusi xidmət orqanlarının planı kimi dəyərləndirib.

Arsen Pavlov dünən evinin liftində quraşdırılmış partlayıcı qurğunun partlaması nəticəsində ölüb. Hadisə zamanı bir neçə adamın da xəsarət aldığı deyilir. Pavlovun qətli ilə bağlı Ukrayna Daxili İşlər Nazirliyi də bəyanat yayıb.

"Ukraynanın bölünməzliyinə qarşı cinayət törətmiş və bizim tərəfimizdən axtarışa verilmiş adam öz evində öldürülüb", — deyə bayanatda bildirilir.

Bununla yanaşı, DİN rəsmisi Atryom Şevçenko deyib ki, "terrorçu"nun ölümü onun iş ortaqlarının əməli ola bilər.

Donetsk yaraqlılarının liderlərindən olan "Motorola"ya qarşı ötən il də sui-qəsd cəhdi olmuşdu. Travmatologiya mərkəzinin yaxınlığında törədilmiş partlayışdan o, salamat çıxsa da, çoxlu sayda xəsarət alanlar olmuşdu.

1598
Teqlər:
Aleksand Zaxarçenko, Arsen Pavlov, Donetsk, "Motorola", sui-qəsd, Ukrayna
Əlaqədar
ABŞ xarici siyasəti "Ukrayna dalanı"na dirənib
Zakir Qaralov ukraynalı həmkarına müraciət etdi
Suriya və Ukrayna problemləri "düyünə düşüb"
Ukrayna Rusiyanın yeni səfirini qəbul etmədi
Rusiya Ukraynanın Krımla bağlı tələbini blokladı