Bu telefonla təyyarəyə minmək qadağandır

© REUTERS / Kim Hong-JiСмартфон Samsung Galaxy Note 7
Смартфон Samsung Galaxy Note 7 - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qərara əsasən nəinki Galaxy Note 7 telefon modelini sərnişin özü ilə apara bilməz, hətta təyyarənin yük hissəsinə də təhvil verə bilməz.

BAKI, 15 okt-Sputnik. ABŞ-da təyyarəyə minərkən özləri ilə Samsung Galaxy Note 7 aparılmasına qadağa qoyulub. 

Sputnik İnforming-ə istinadən xəbər verir ki, bu qərarı ABŞ-ın Nəqliyyat Nazirliyi verib.

Yeni qərara əsasən nəinki Galaxy Note 7 telefon modelini sərnişin özü ilə apara bilməz, hətta təyyarənin yük hissəsinə də təhvil verə bilməz. 

Əgər sərnişinlər gizli halda bu telefon modelini təyyarəyə keçirməyə cəhd edərlərsə və ya baqajlarında bu model telefon aşkarlanarsa, o zaman sərnişin cərimə ediləcəklər və cinayət məsuliyyətinə cəlb olunacaqlar. 

Qeyd edək ki, bu qərarın verilmə səbəbi Galaxy Note 7 modelinin satışa çıxarılmasından sonra bir çox telefonun təbii partlaması və yanması baş verib. Şirkət öncə telefonun batareyalarının yeniləri ilə əvəz etmək qərarına gəlib. Bu da nəticə vermir, yenə də bir çox telefonlarda təbii yanmalar və partlamalar baş verib. Beləliklə, Samsung bu modeli telefonların istehsalını dayandırıb və satılan telefonları geri almağa başlayıb. 

Xəbər lenti
0