Avropada Türkiyəyə qarşı sanksiyalar gündəmə gətirilib

© Sputnik / Vladimir FedorenkoAvropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası - Sputnik Azərbaycan
Abunə olmaq
AŞPA Ankaraya sərt mesaj göndərdi: "Çevriliş prosesini başa düşdük, amma artıq hüququn üstünlüyü mərhələsinə və insan haqlarına geri dön"

BAKI, 14 okt — Sputnik. Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən gün Türkiyənin "demokratik standartlarında səviyyənin aşağı düşdüyünü" ifadə edərək, onun yenidən "müşahidə altına alınması" ilə bağlı kritik bir müzakirə təşkil edib. Sputnik xəbər verir ki, noyabr ayında Türkiyənin müşahidə altına alınıb-alınmayacağı ilə bağlı müddətin başlamasından əvvəl, AŞPA-dakı 5 qrupun təmsilçisi Ankaraya "Çevriliş prosesini başa düşdük, amma artıq hüququn üstünlüyü mərhələsinə və insan haqlarına geri dön" mesajını verib.

Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Rusiyaya qarşı sanksiyaların miqyası genişlənə bilər

AŞPA-da 2004-cü ildə, "müşahidə prosesi"dən "müşahidədən sonrakı dialoq müddəti"nə keçilməsindən sonra Türkiyə ilə Avropa Birliyi arasında müzakirələr başlamışdı. Ancaq çevriliş cəhdindən əvvəl toxunulmazlıqların ləğvi və ölkənin Cənub-şərq bölgəsində (Güneydoğu) davam edən əməliyyatlarla birlikdə Türkiyənin yenidən "müşahidə prosesi"nin obyekti olması məsələsi gündəmə gəlib.

Türkiyənin "Cümhuriyet" qəzetinin məlumatına görə, çevriliş cəhdinin ardından 100 mindən artıq insanın dövlət işindən uzaqlaşdırılması, on minlərlə insanın həbs olunması, hakim və prokurorların kütləvi olaraq ixrac edilməsiylə birlikdə AŞPA-nın payız sessiyasında bəzi qruplar Türkiyənin, 12 il əvvələ qayıdaraq yenidən "müşahidə prosesinə" alınmasını gündəmə gətirib.

HDP-li millət vəkillərinin zorla ifadə verməyə təhrik edilməsi səbəbindən AŞPA-da türk parlamentarilərin səsvermə haqqının ləğv edilməsi kimi ağır sanksiyalar gündəmdədir. Monitorinq komissiyası 9 noyabrda həmməruzəçi müəyyən edəcək. Ardından həmməruzəçilər Türkiyəni ziyarət edərək hesabat hazırlayacaq. Normal şərtlərdə qərarın 2017-ci ilin yanvarında verilməsi gözlənilir. 15 iyul və Türkiyə məruzəçisinin dəyişməsi səbəbindən səsvermə 2017-ci il aprel-iyul aralığında keçirilə bilər.

Əsas amillər bunlardır: fövqəladə vəziyyətin uzadılmaması; çevrilişçilərə qarşı normal, ədalətli və şəffaf bir məhkəmə prosesinin həyata keçirilməsi; İnsan haqları və ifadə azadlığı sahəsindəki məhdudiyyətlərin qaldırılmağa başlaması; Türkiyənin işindən haqsız yerə uzaqlaşdırılanlar mövzusunda təsirli bir bərpaetmə mexanizmini işə salması; FETÖ ilə əlaqəsi olmayan jurnalistlərin azad edilməsi.

Mənfi amillər isə bunlardır: HDP-li və ya digər millət vəkillərinin həbs edilməsi halında türk parlamentarilərin AŞPA-dakı sasvermə haqqları alına bilər; Kütləvi halda vəzifədən uzaqlaşdırmalara davam edilməsi; günahsızlıq prezumpsiyası problem; İfadə və söz azadlığının daha çox məhdudlaşdırılması.

AŞPA-dan Türkiyəyə önəmli mesajlar da verilib. Liberal qrupdan Doris Fiala deyib ki, avtokrat idarəetməsi ilə Ərdoğanın Türkiyəsi bizim ortaq dəyərlərimizdən dramatik şəkildə uzaqlaşıb.

Sosialist qrupdan Donald Anderson deyib: "Prezidentin avtoritar yanaşmasındakı irəliləyiş, yoxlama mexanizmlərindəki geriləmə hamımızı narahat edir."

Muhafizəkarlardan Talip Küçükcan isə iştirakçıları əmin etməyə çalışıb ki, Türkiyədə demokratiyanın gələcəyi ilə bağlı narahat olmaq üçün əsas yoxdur: "Bir daha gördük ki, artıq demokratiyanı türk xalqının özü qoruyur."

AŞPA sessiyasına qonaq olaraq qatılan Almaniya xarici işlər naziri Valter Ştaynmayer "çevriliş cəhdinin ciddi şəkildə araşdırılması qəbulediləndir" deyib. Amma o əlavə edib ki, "bunun hüquqi dövlət normalarına uyğun şəkildə edilməsi lazımdır."

Xəbər lenti
0