Вертолет ВС Турции

Türkiyədə içində partlayıcı olan 3 avtomobil zərərsizləşdirilib

8
PKK silahlıları həmin avtomobilləri terror aktlarının törədilməsində istifadə etməyi planlaşdırıblarmış.

BAKI, 13 okt — Sputnik. Türkiyənin hərbi helikopterləri Diyarbəkir əyalətinin Lice rayonunda PKK terrorçularına məxsus içində partlayıcı olan 3 avtomobilə zərbələr endirərək zərərsizləşdiriblər.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə əyalətin rəhbərliyinin açıqlamasında bildirilir.

Məlumata görə, PKK silahlıları həmin avtomobilləri terror aktlarının törədilməsində istifadə etməyi planlaşdırıblarmış.

8
Robert Koçaryan, arxiv şəkli

Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər

73
Ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Rober Koçaryan Azərbaycanın işğal altında olan torpaqlarında qurulan separatçı "rejim"in "sabiq liderləri" Bako Saakyan və Arkadi Qukasyanla görüşüb. Sputnik Ermənistan xəbər verir ki, görüşdə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan da iştirak edib.

Qeyd olunur ki, görüş Saakyan və Qukasyanın təşəbbüsü ilə baş tutub. Görüşün mövzusu Qarabağdakı vəziyyət olub.

Xatırladaq ki, ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

73
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, arxiv şəkli

Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə

49
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan son 10 gündə Moskvaya 3-cü səfərini edib. İlkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Səfərin məqsədinin detalları barədə məlumat verilmir. Lakin ilkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

Bu, son 10 gün ərzində Mnasakanyanın Moskvaya 3-cü səfəridir. 

Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.

49
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

 

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0