Amerikanın Mason gəmisi

ABŞ Yəmənə raket zərbələri endirib

77
Piter Kuk: "Bu hücuma şəxsən ABŞ prezidenti Barak Obama razılıq verib"

BAKI, 13 okt — Sputnik. Amerika hərbçiləri Yəmənin radiolokasiya stansiyasına zərbə endiriblər. Bu, ABŞ-ın Qırmızı dənizdəki eskadra mina gəmisinə hücuma cavab zərbəsidir.

Qırıcı
© Photo : Senior Airman Colby L. Hardin/U.S. Air Force photo via AP

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Amerikanın "Mason" gəmisi son günlərdə Yəminin iki raket zərbəsinə tuş gəlib. Əvvəlcə bazar ertəsi gəmiyə iki raket buraxıblar. Amma bu raketlər gəmiyə çatmamış dənizə düşüblər. Onda Pentaqon bu hücuma görə qiyamçıları günahlandırıb. Qiyamçılar isə Vaşinqtonun bu barədə bütün iddialarını təkzib ediblər.

Çərşənbə günü isə "Mason" yenidən hücuma məruz qalıb və ona tərəf daha iki raket buraxılıb. Bu dəfə ABŞ-ın digər gəmisi, eskadra mina gəmisini hərbi növbə zamanı müşayiət edən "Ponce" də təhlükə altında qalıb.

Yeni insident Bab-əl-Məndab boğazının şimal hissəsində baş verib. Bundan dərhal sonra Pentaqonda bildiriblər ki, "müvafiq şəkildə" cavab verməyə hazırdırlar.

Vaşinqton "Mason"un atəşə məruz qalmasından bir neçə saat sonra cavab zərbələrini endirib. Amerika ordusunun zərbəsinin hədəfi qiyamçıların nəzarətində olan üç radar olub.

"İlkin hesablamalara görə, radarlar məhv edilib" — deyə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Piter Kuk bildirib.

Pentaqon nümayəndəsi qeyd edib ki, bu hücuma razılığı ABŞ prezidenti Barak Obama şəxsən verib. Yəmənə zərbə endirməyi ona müdafiə naziri Eşton Karter və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danford məsləhət görüb.

77
Teqlər:
zərbə, eskadra, Qırmızı dəniz, raket, Yəmən, Amerika, ABŞ
Əlaqədar
Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb
Yəmən-Səudiyyə gərginliyi neftin qiymətinə necə təsir göstərəcək?
Yəməndə terrorçu-kamikadze özünü partladıb, 41 nəfər ölüb
Yəməndə hava zərbəsi nəticəsində 40-dan çox dinc sakin ölüb
Yəməndə toqquşmalar nəticəsində 57 nəfər ölüb
Yəmən BMT-ni təcili hərəkətə çağırdı

Ermənistanın Sərhəd Qoşunlarının komandanı işdən qovuldu

0
(Yenilənib 17:24 26.10.2020)
Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqanik Sarkisyanın tutduğu vəzifədən azad edib.

BAKI, 26 oktyabr — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqanik Sarkisyanın tutduğu vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə qərar Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi ilə qəbul edilib.

Ermənistan Prezidentinin sərəncamı ilə bu vəzifəyə Arman Maralçyan təyin olunub.

0
Rusiya Prezidenti Vladimir Putin

Putin Avropanın təhlükəsizliyi üçün yeni təhdidlərdən danışdı

25
(Yenilənib 15:49 26.10.2020)
Rusiya lideri, həmçinin regional və qlobal sabitliyin möhkəmlənməsi üçün inamsızlıq defisitinin azaldılması üzrə aktiv səylərə də ehtiyacın olduğunu bildirib

BAKI, 26 oktyabr — Sputnik. Rusiya-NATO xətti üzrə gərginliyin azalmaması nəzərə alındıqda ümumavropa təhlükəsizliyi üçün yeni təhdidlər aşkardır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Rusiya prezidenti Orta və Yaxın mənzilli raketlərə dair Müqavilə barədə bəyanatla çıxış edib və Avropada gərginliyin azaldılması üzrə tədbirlər təklif edib.

"Rusiya Federasiyası Orta və Yaxın mənzilli raketlərə dair Müqaviləni beynəlxalq təhlükəsizlik və strateji sabitliyin təmin olunması üzrə arxitekturanın vacib bir elementi olduğuna inanmağa davam edir. Bu müqavilə Avropa məkanında raket sahəsində proqnozlaşdırıla bilmə və təmkinliyin saxlanılmasında xüsusi rol oynayıb", - deyə Putin qeyd edib.

O, eyni zamanda NATO tərəfindən də qarşılıqlı addımlar atılması şərti ilə rəsmi Moskvanın Rusiya Federasiyasının Avropa hissəsində 9М729 raketlərini yerləşdirməməyə hazır olduğunu da bildirib.

Rusiya lideri, həmçinin regional və qlobal sabitliyin möhkəmlənməsi üçün inamsızlıq defisitinin azaldılması üzrə aktiv səylərə də ehtiyacın olduğunu bildirib.

25