Antoniu Quterriş suriyalı qaçqın düşərgəsində, 29 noyabr 2013-cü il

Millətləri birləşdirən adam: həm dindar, həm sosialist

199
(Yenilənib 12:03 12.10.2016)
2017-ci ilin yanvarın 1-də BMT-nin baş katibi rəsmi olaraq portuqal dilində danışacaq

BAKI, 12 okt — Sputnik. On il əvvəl Antoniu Quttereş bəyan edirdi ki, "demokratiya zorla, müharibə ilə və birtərəfli qaydada tətbiq olunmur". Əgər bu müddət ərzində baş verənlərdən sonra o, yenə də öz fikrini dəyişməyibsə, BMT-nin baş katibi vəzifəsi onun üçün asan olmayacaq.

Birləşmiş Millətlər Təşkilatındakı (BMT) uzun illik fəaliyyətinə görə, Antoniunu çoxdan mütləq lider adlandırırlar. O, 10 il BMT-nin qaçqınlarla iş üzrə Ali Komissarı vəzifəsində çalışıb. Bütün namizədlər arasında yalnız o, planetin müxtəlif nöqtələrində heç kəsin görmədiyi məqamları görüb.

Təhlükəsizlik Şurasında səsvermə zamanı Antoniu, sonuncusu yekdilliklə olmaqla, yeddi turun hamısında qalib gəlib. Bu o deməkdir ki, Quttereş artıq millətləri birləşdirib. Cəmi 15 millət olsa belə, Təhlükəsizlik Şurasında belə həmrəylik "Qırmızı kitab"a salına bilər.

Əvvəl ABŞ-ın başqa favoriti vardı, Rusiya variantları nəzərdən keçirirdi, Almaniya və Fransa isə müxtəlif mövqelər tutmuşdu. Bəlkə də Antoniu məhz ən son məqamda bütün tərəfləri ortaq məxrəcə gətirə bildiyi üçün istedadlı diplomat kimi tanındı.

İndi onu Baş Assambleya təsdiq etməlidir, lakin bu proses qələbədən sonrakı medal təqdimatı kimidir. Mərasim məcburi olsa belə, formal xarakter daşıyır.

Beləliklə, 2017-ci ilin yanvarın 1-də BMT-nin baş katibi rəsmi olaraq Portuqaliya dilində danışacaq. Lazım gələrsə, o, ispan, fransız və ingilis dillərində də danışa bilər. Deyilənə görə, Antoniu hər kəslə lazımi dil tapa bilir və 67 yaşında olsa da, təşkilata yeni nəfəs verə bilər.

Antoniu Manuel di Oliveyra Quterreş dindar katolik və sadiq sosialistdir. Portuqaliya siyasətçisi 1992-2002-ci illərdə Portuqaliya Sosialist Partiyasının Baş katibi olub, 1995-2002-ci illərdə Portuqaliyanın Baş naziri, 2005-2015-ci illərdə isə BMT-in qaçqınlar üzrə Ali Komissarı vəzifələrində çalışıb. Onun tərcümeyi-halı təmiz, nüfuzu isə qüsursuz hesab olunur.

"İddia edə bilmərəm ki, təzyiqdən yaxa qurtara biləcəm, lakin ona qarşı çıxacam", — deyə Quttereş öz müstəqilliyini qorumağa söz verib.

10 il əvvəl isə o, bəyan edirdi ki, "demokratiya güc, müharibə, beynəlxalq hüquq nəzərə alınmadan — birtərəfli qaydada tətbiq oluna bilməz". Əgər bütün olanlardan sonra o, yenə də belə düşünürsə, demək, hansı təzyiqlərlə üzləşəcəyini təsəvvür etməlidir.

199
Teqlər:
baş katib, millət, Birləşmiş Millətlər Təşkilatı, BMT, Antoniu Quttereş
Əlaqədar
BMT bu gün təcili toplanır
BMT TŞ-da sədrlik Rusiyaya keçib
BMT sammitində İsrail-Fələstin "atışması"
BMT-dən dəhşətli statistika: insanlar heç bir iz qoymadan hara yoxa çıxırlar
BMT-dən dərmanlarla bağlı qorxunc açıqlama
BMT-nin 71-ci sessiyası işə başlayıb
Malidə 4 BMT sülhməramlısı öldürülüb
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Trampın müşavirləri təşvişdə: yeni müharibədən qorxurlar

1
(Yenilənib 20:42 08.08.2020)
“Əvvəllər biz ancaq Kim Çen Inı gözlənilməz qərarlar verən biri kimi təsəvvür edirdik, indi isə çözə bilmədiyimiz adam Trampdır”

BAKI, 8 avqust — Sputnik. Vaşinqtonun İran və KXDR ilə münaqişəsi fonunda müşavirləri Donald Trampa hərbi tövsiyələr verməkdən çəkinirlər. Onlar qorxurlar ki, ABŞ lideri ölkəni müharibəyə sürükləyə bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatında qeyd olunur ki, prezidentin məsləhətçiləri yuxarıda adı çəkilən ölkələrdəki həmkarlarına qəsdən Trampın növbəti addımları barədə məlumatları olmadıqlarını deyiblər.

“Əvvəllər biz ancaq Kim Çen Inı [KXDR lideri] gözlənilməz qərarlar verən biri kimi təsəvvür edirdik, indi isə çözə bilmədiyimiz adam Trampdır”, - 2018-ci ilədək ABŞ Prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi olan Cozef Yun deyib.

Ağ Evin yüksək rütbəli məmurunun sözlərinə görə, bilavasitə Şimali Koreya ilə əlaqədar “məhz prezident hər addımda eskalasiya əvəzinə diplomatiyanı dəstəkləyib”. O qeyd edib ki, Trampla Kimin görüşü tarixi addım idi.

2019-cu ildə Fars körfəzindəki insidentə görə prezident və komandası İrana qarşı hərbi variantları götür-qoy edərkən Pentaqonun yüksək rütbəli məmurları ABŞ-ın bölgədəki partnyrları və Tehrana açıq-aydın bildiriblər ki, Trampın hansı addım atacağından və ümumiyyətlə nəsə tədbir görməyə hazırlaşdığından bixəbərdirlər.

 

1
Əlaqədar
ABŞ prezidentlərini düzgün "tapan" professor Tramp haqda proqnoz verdi
Donald Tramp bunu "TikTok"-dan heç gözləmirdi
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı
Tramp Çin şirkətindən “dolya” istəyir
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb

2
(Yenilənib 20:30 08.08.2020)
Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

BAKI, 8 avqust — Sputnik. Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

Həkimlər şəkərli diabet, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkən 62 yaşlı Çikaqo sakininin xəstəliyinin gedişini açıqlayıblar. Aprel ayında o, dörd gün davam edən hıçqırığa görə həkimlərə müraciət edib. 

Xəstədə koronavirusun əsas simptomları sayılan öskürək, qızdırma, burnun tutulması, boğaz ağrısı və təngnəfəslik olmayıb.

Müayinə zamanı pasiyentin hərarətinin 37,3 dərəcə olduğu məlum olub, COVID-19 testi isə pozitiv çıxıb. Döş qəfəsinin rentgeni ağciyərlərdə kiçik qaralmaların olduğunu göstərib. Bundan sonra kişini koronaviruslu xəstələr şöbəsinə göndəriblər və onun halı orada pisləşib.

Daha sonra çikaqolunu koronavirusa qarşı effektiv dərman sayılan malyariya əleyhinə hidroksixlorin preparatı ilə müalicə ediblər. Bir müddət sonra ÜST bu dərmanın koronavirusa qarşı effektsiz olduğunu etiraf edib. Lakin üç gündən sonra kişinin vəziyyəti sabitləşib və onu xəstəxanadan evə buraxıblar.

"Bildiyimiz qədər, bu, tibbi ədəbiyyatda COVID-19 xəstəsi olan şəxsin davamlı hıçqırıqdan şikayət etməsinə dair ilk hesabatdır", - məqalədə bildirilir. Həkimlər həmkarlarını davamlı hıçqırıqdan şikayət edən digər pasiyentlərə də çox diqqətlə yanaşmağa çağırıblar və qeyd ediblər ki, koronavirusa yoluxma getdikcə daha çox atipik simptomlarla üzə çıxır.

2
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azaldı
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb