Barak Obama, ABŞ prezidenti

Obamadan Mars planeti ilə bağlı həyəcanlı açıqlama

3237
ABŞ prezidenti: "2030-cu ildə insanları Marsa göndərməyi və etibarlı şəkildə geri dönüşü təmin etməyi hədəfləyirik"

BAKI, 12 okt — Sputnik. Prezident Barak Obama CNN üçün qələmə aldığı məqalədə, ABŞ-ın 2030-cu ildə insanları Marsa göndərməyi və etibarlı şəkildə geri dönüşü təmin etməyi hədəflədiyini bildirib. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Obama yekun hədəfin insanların kosmosda uzun müddət qala bilmələrini təmin etmək olduğunu vurğulayıb.

"Marsa getmək, hökumət və özəl şirkətlər arasında daimi əməkdaşlıq tələb edir və bunda əhəmiyyətli yol qət etdik. Gələcək iki ildə xüsusi şirkətlər ilk dəfə beynəlxalq kosmos stansiyasına astronavt göndərəcək", — Prezident qeyd edib.

Onun sözlərinə görə, növbəti addım dünyanın orbitinin xaricinə çıxmaq olacaq: "Ticarət tərəfdaşlarımızla astronavtların kosmosda uzun müddətli çalışmalara göndərilmələrini və orada qalmalarını təmin edəcək yeni yaşayışı inşa etməyə çalışdığımızı açıqlamaqdan həyəcan duyuram".

ABŞ-ın nüfuzlu elm insanları, mühəndisləri, ixtiraçıları və şagirdlərinin bu həftə Pitsburq şəhərində bu məqsədlə bir araya gələcəyini bildirən Obama, ölkəsinin Marsa səfər hədəfini rəsmiləşdirən "Yeni ABŞ Kosmos Proqramı Aktı"nı 6 il əvvəl imzalamışdı.

3237
Teqlər:
prezident, səfər, planet, Mars, ABŞ, Barak Obama
Əlaqədar
Okeanın dibində və kosmosda mövcud olan piramidaların əsl memarları kimlərdir?
Kosmosa getmək istəyənlərə şad xəbər
Başqa planetlərdə həyat axtarışına start verilir
Bu nəhəng planetin ən dəqiq görüntüləri Yerə göndərildi
Yaşayış üçün Yer qədər əlverişli planet tapıldı
"Qırmızı planet"dən sensasiyalı xəbər: onu kim "bombardıman" etdi?
O, öz planetinə qayıda biləcəkmi?