Azərbaycanlı deputat: "Parlamentdə qarşıdurma başlayacaq"

© AFP 2023 / VANO SHLAMOVGürcüstan parlamentinin iclası, arxiv şəkli
Gürcüstan parlamentinin iclası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Süleymanov: "Neçə ildir ölkədə keçirilən seçkilərə şahidlik edirəm, bu qədər saxtakarlıq olan seçki görməmişdim"

BAKI, 11 okt — Sputnik. "Gürcüstanda yerli müşahidəçilər də, beynəlxalq müşahidəçilər də şahid oldular ki, seçkilər saxtalaşdırılıb. Seçkilər basqılar altında keçdi. Dövlət bu seçkiləri düzgün təşkil edə bilmədi və ölkənin 52 regionunda 2-ci dəfə seçkilər təkrar keçiriləcəkş Çünki, dövlət saxtalaşmaya ümidli idi".

© Photo : Facebook / Azer SuleymanovДепутат от партии Единое национальное движение Азер Сулейманов
Депутат от партии Единое национальное движение Азер Сулейманов - Sputnik Azərbaycan
Депутат от партии Единое национальное движение Азер Сулейманов

Bu fikirləri Sputnik-ə açıqlamasında, ötən həftə Gürcüstan parlamentinə keçirilən seçkilərdə yenidən seçilən azərbaycanlı namizəd Azər Süleymanov deyib. Onun sözlərinə görə, hansı məntəqələrdə saxtalaşdırma çox oldusa, orada iqtidar nümayəndələri qalib gəliblər.

"Hansı məntəqələrdə saxtalaşdırmağa imkan verilmədisə, orda iqtidarın namizədləri 2-ci tura qaldılar. Bir neçə məntəqədə axşam 8-də elektrik kəsildi, saxta səslər qutulara salındı, polislərlə qarşıdurma oldu, xüsusi təyinatlı polis dəstələrə cəlb olundu. Bir sözlə, neçə ildir bu ölkədə seçkilərə şahidlik edirəm, bu qədər saxtakarlıq olan seçkilər olmamışdı", — A. Süleymanov bildirib.

O, buna baxmayaraq, 4 azərbaycanlının parlamentə düşməsini müsbət hal kimi qiymətləndirib: "Gürcüstanda iqtidar-müxalifət qarşıdurması parlamentdə də davam edəcək. Müxalifətlə iqtidarın fikirləri üst-üstə düşmür. Biz 2003-2012-ci illərdə dövlət qurmuşuq, iş görmüşük. Onlar 2012-ci ildən bu yana dövləti dağıtmaqla məşğuldurlar. Çox güman ki, parlamentdə böyük qarşıdurma başlayacaq".

Seçilmiş millət vəkili parlamentdə gündəmə gətirəcəyi məsələlərə də toxunub: "Hər bir zamanın öz tələbi var. Marneuli kənd təsərrüfatı regionudur. Amma illərdir sakinlərin kənd təsərrüfatı məhsulları əllərində qalıb xarab olur, suvarma ilə bağlı problemləri var. İnsanların evləri girovdur banklarda. Regionun inkişafı dayanıb, təhsildə böyük islahatlar lazımdır. Bir sözlə, demək olar, hər sahədə problemlər mövcuddur və biz də çalışacağıq ki, bu sahələrdə olan problemləri aradan qaldıraq".

Xatırladaq ki, Gürcüstan parlamentinə oktyabrın 8-də keçirilən seçkilərlə əlaqədar 100% səslər hesablanıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yeni parlamentdə hakim "Gürcü arzusu" (48,8%), sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" Partiyası (27,1%) və "Vətənpərvərlər Alyansı" (5,006%) təmsil olunacaq.

Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib. Gürcüstan parlamentinin dəqiq tərkibi bir çox birmandatlı dairələrdə keçirilən ikinci turdan sonra məlum olacaq.

Xəbər lenti
0