Çavuşoğlu azərbaycanlı nazirə və rusiyalı biznesmenə təşəkkür etdi

© REUTERS / Umit BektasМевлют Чавушоглу, министр иностранных дел Турции
Мевлют Чавушоглу, министр иностранных дел Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə XİN başçısının sözlərinə görə, türk-rus böhranı zamanı Ərdoğana üzr məktubu yazmaq məsləhətini Azərbaycan əsilli biznesmen Fərhad Əhmədov verib.

BAKI, 10 okt — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Sputnik Türkiyə-yə Türkiyə-Rusiya əlaqələrinin gələcəyi haqqında müsahibə verib. Çavuşoğlu iki ölkə arasındakı böhranın aaradan qaldırılmasında önəmli rol oynayan addımlar və adamlar barədə də danışıb.

Çavuşoğlu, Türkiyə və Rusiya arasındakı təyyarə böhranının aradan qaldırılmasında pərdə arxasında baş verənlərdə bir çox şəxsin rol oynadığını bildirib. Həmin şəxslər arasında azərbaycanlılar da var. 

"Bir tərəfdən biz beynəlxalq toplantılarda Sergey Lavrovla bir araya gəlirdik, digər tərəfdən başqa rus rus dostlarımızla da görüşürdük. Onlardan biri (Rusiya Federasiya Şurası sədri Valentina) Matviyenko idi. Hamı normallaşmanı istəyirdi, amma şərtlərin meydana gəlməsini gözləyirdi.  Bizə dəstək olmaq istəyən dostlar da var idi. Bunlardan biri Almaniyanın keçmiş federal kansleri Herhard Şröder, digərləri Dağıstan lideri Ramazan Abdullatipov, Tatarıstan prezidenti Rüstəm Minnixanov, Belarus lideri Lukaşenko və xüsusən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adlarını ayrıca qeyd etmək lazımdır. Onları bu məsələdə byük rol oynadılar", deyə Çavuşoğlu bildirib. 

Nazir bu problemin aradan qaldırılmasında Azərbaycan nümayəndələrinin rolunu xüsusi vurğulayıb. 

"Azərbaycan prezidenti İlham Əliyev də bu məsələdə səy göstərdi. Çünkü Azərbaycan Türkiyə ilə qardaş ölkədir. Türkiyə və Rusiya ilə əlaqələrinə həmişə önəm verir, balanslı siyasət yürüdür. Ona görə onlara bir daha təşəkkür edirik. Azərbaycanda prezident Əliyevdən əlavə xarici işlər naziri Elmar Məmmədyarov da münasibətlərin yaxşılaşması üçün səy göstərdi. Məsələnb, Azərbaycan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov var, mənim dostumdur. Bizi bəzi rus dostlarla bir araya gətirdi. Orada münasibətlərin düzəlməsi üçün hansı addımların atılmasının lazımlığını və bunu necə etmək barədə müzkirələr oldu. Bu görüşlər rəsmi görüşlərdən daha təsirli olur. Dolayısı ilə bu cür cəhdlərin də faydası oldu", deyə Çavuşoğlu davam edib. 

© Photo : STRFərhad Əhmədov
Fərhad Əhmədov - Sputnik Azərbaycan
Fərhad Əhmədov

Türk nazir rusiyalı Azərbaycan əsilli biznesmen Fərhad Əhmədovun adını da çəkib.

"Rusiyalı senator, mənim də Avropa Şurası Parlament Assambleyasından tanıdığım Azərbaycan əsilli Fərhad Əhmədov adlı bir şəxs var. Fərhad Azərbaycanı, Türkiyəni və Rusiyanı çox sevir. Putinlə də yaxın münasibətləri var. Məsələn, o prezidentimizlə (Ərdoğanla — red.) görüşündə məktubun (üzr məktubu — red.) digər addımlardan daha faydalı ola biləcəyini demişdi dövlət başçımıza. Bu görüş məktubun göndərilməsindən bir ay əvvəl olmuşdu. Onun dedikləri həqiqət oldu. Putini dost olaraq yaxından tanıyan bir insan olan Əhmədovun məsləhətləri həqiqətən təsirli oldu. Onların hamısına minnətdarıq", deyə nazir əlavə edib. 

Çavuşoğlu həmçinin tanınmış rusiyalı politoloq Sergey Markova da iki ölkə arasındakı münasibətlərin düzəlməsinə görə təşəkkür edib. 

"Bəzən rəsmi diplomatik kanalların bitdiyi yerdə qeyri-rəsmi, dost yanaşmaları və addımlar daha təsirli olur. Biz bu prosesdə bunun faydasını gördük", deyə Çavuşoğlu bəyan edib.

Xəbər lenti
0