Terror qurbanlarının anım mərasimində qarşıdurma yaşanıb

© Photo : hurriyet.com.trAnkarada baş vermiş terror aktı nəticəsində həyatını itirənlərin anım mərasimində qarşıdurma yaşanıb
Ankarada baş vermiş terror aktı nəticəsində həyatını itirənlərin anım mərasimində qarşıdurma yaşanıb - Sputnik Azərbaycan
Abunə olmaq
İcazəsiz aksiyanın iştirakçılarına polis xəbərdarlıq edib. Qarşı tərəf isə polisə daş, çubuq və şüşə atmaqla cavab verib.

BAKI, 10 okt — Sputnik. Ötən ilin oktyabrında Ankarada baş vermiş terror aktı nəticəsində həyatını itirənlərin anım mərasimində qarşıdurma yaşanıb. Belə ki, polis anım mərasimi üçün Ankara dəmiryolu vağzalının qarşısına toplaşmaq istəyən vətəndaşlara müdaxilə edib. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, müdaxilə zamanı 60 nəfər nəzarət altına alınıb, yollar bağlanıb.

Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
15 iyul Şəhidlərin Anım Günü kimi qeyd olunacaq

"Əmək, sülh və demokratiya mitinqi" üçün əraziyə toplanan yüzlərlə insan, 10 oktyabr 2015-ci ildə iki İŞİD terrorçusunun həyata keçirdiyi terrorda həlak olanların xatirəsini anmağa çalışıb. Aksiyaya hücumda həyatını itirənlərin yaxınları və siyasi partiya nümayəndələri qatılıblar.

Terrorun baş verdiyi meydana girmək istəyən icazəsiz aksiya iştirakçılarına polis dağılmaları üçün xəbərdarlıq edib. Polisə daş, çubuq və şüşə atan qruplara gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edilib.

Qeyd edək ki, Ankarada keçən il baş verən terrorda 102 nəfər həyatını itirib, 391 nəfər isə yaralanıb.

Xəbər lenti
0