Pentaqondan İraqdakı türk əsgərləri ilə bağlı açıqlama gəldi

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Metyu Allen: "Əslində Con Dorrian Türkiyə əleyhinə heç bir ifadə işlətməyib. Sadəcə olaraq bəzi dairələr bunu başqa tərəflərə yozublar"

BAKI, 7 okt — Sputnik. "Türk əsgərlərin İraqda mövcudluğunun qanunsuz olduğu ifadəsi həqiqətə uyğun deyil". Sputnik Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Metyu Allen deyib.

O, yazılı açıqlama verərək, iki gün əvvəl İraqdakı Amerika ordusunun komandanı Con Dorrianın Türkiyə barədə səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Metyu Allen bildirib ki, polkovnik Con Dorrianın dedikləri qəsdən şişirdilib: "Əslində C.Dorrian Türkiyə əleyhinə heç bir ifadə işlətməyib. Sadəcə olaraq bəzi dairələr bunu başqa tərəflərə yozublar".

Xatırladaq ki, amerikalı polkovnik Con Dorrian İraqdakı türk hərbçilərinin koalisiyaya aidiyyəti olmadığını və mərkəzi hökumətin icazəsi olmadan Türkiyənin Başikada hərbi düşərgə saldığını söyləmişdi.

Xəbər lenti
0