İstanbulda partlayış

İstanbulda güclü partlayış olub, yaralılar var

59
(Yenilənib 19:54 06.10.2016)
Biri ağır olmaqla 5 nəfərin yaralandığı bildirilir

BAKI, 6 okt — Sputnik. Türkiyədə, İstanbulun Yeni Bosna rayonunda polis mərkəzi yaxınlığıda güclü partlayış olub. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polislər cəlb olunub.

İlkin məlumatlara görə, PKK terrorçuları partlayıcı qurğu quraşdırılmış avtomobillə polis məntəqəsinə hücum ediblər. Biri ağır olmaqla, 5 nəfərin yaralandığı bildirilir.

59
Teqlər:
Yeni Bosna, partlayış, İstanbul, PKK, Türkiyə, terror
Əlaqədar
ABŞ-da iki binada güclü partlayış baş verib
Xarici İşlər Nazirliyinin yanında partlayış baş verib
Göyçayda mənzildə partlayış baş verib, bir nəfər dünyasını dəyişib
Türkiyədə toyda partlayış törədilib, 30 nəfər ölüb
Göygöldə partlayış olub, qadın yanıb