F-16 qəzaya uğrayıb

Qəzzanı bombalayan İsrail qırıcısının pilotu faciəli şəkildə ölüb

27
(Yenilənib 11:18 06.10.2016)
Ərazini bombaladıqdan sonra geri qayıdan təyyarə qəzaya uğrayıb. F-16 qırıcısının pilotu hadisə yerində həlak olub.

BAKI, 6 okt — Sputnik. İsrail Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarəsi dünən Qəzza bölgəsini bombaladıqdan sonra, geri qayıdarkən qəzaya uğrayıb. F-16 qırıcısının pilotu hadisə yerində həlak olub.

Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İsrailin "Haarets" qəzeti məlumat yayıb. Xəbərə görə, pilotun yanındakı şturman da təyyarəni tərk edib və yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İsrailin Müdafiə Nazirliyi hadisənin səbəbinin hələlik dəqiqləşmədiyini, insidentin araşdırıldığını bildirib.

27
Teqlər:
Qəzza, qırıcı, F-16, pilot, İsrail, qəza
Əlaqədar
Türkiyə yenə Qəzza zolağına humanitar yardım göndərəcək
Qəzzada qədim türk pulu tapılıb
İsrail yenidən Qəzzanı bombaladı
İsrail Qəzzanı yenə bombaladı
İsrail Qəzzaya humanitar yardım aparan İsveç gəmilərinə müdaxilə etdi