İŞİD-in dörd qərargahı yerlə yeksan edilib

© Photo : AAF16
F16 - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: "Binalarda yerləşmiş terrorçular da məhv edilib"

BAKI, 5 okt — Sputnik. "İŞİD terrorçularına aid 4 bina döyüş təyyarələrimiz tərəfindən yerlə yeksan edilib". Sputnik xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, "Fərat Qalxanı" əməliyyatının 43-cü günündə, kəşfiyyat məlumatlarına söykənilərək Aktar və Kabtan bölgələrinə havadan zərbələr endirilib. Əməliyyat saat 10:55-11:00 radələrində həyata keçirilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından o da bildirilib ki, binaların məhvi ilə birlikdə onlarla terrorçu zərərsizləşdirilib.

Xəbər lenti
0