Amerikalı polkovnik-leytenant Con Dorrian

ABŞ: "Türk ordusunun İraqdakı varlığı qanunsuzdur"

48
(Yenilənib 16:23 05.10.2016)
Con Dorrian: "İraq torpaqlarında olan Türkiyə ordusu İraq hökuməti tərəfindən rəsmi icazə ilə gəlməyib və qeyri-qanunidir"

BAKI, 5 okt — Sputnik. "İraq torpaqlarında olan Türkiyə ordusu İraq hökuməti tərəfindən rəsmi icazə ilə gəlməyib və qeyri-qanunidir".

Sputnik haberturk-ə istinadən xəbər verir ki, bu açıqlamanı İraqdakı beynəlxalq koalisiya qüvvələrinin sözçüsü, amerikalı polkovnik-leytenant Con Dorrian verib. O, İraq torpaqlarında olan Türkiyə əsgərlərinin İraq hökumətinə İŞİD ilə mübarizəsində köməkçi olan və dəstək verən beynəlxalq koalisiya qüvvələrinin içərisində olmadığını söyləyib.

Dorrian açıqlamasında deyib: "İraq torpaqlarında olan Türkiyə ordusu İraq hökuməti tərəfindən rəsmi icazə ilə gəlməyib və qeyri-qanunidir. Beynəlxalq koalisiya qüvvələri çərçivəsində bəzi ölkələr İraq hökumətinin icazəsi ilə buradadır və bu qüvvələr İŞİD ilə mübarizədə İraq ordusuna havadan və qurudan dəstək verir".

Xatırladaq ki, İraq parlamenti dünən Türkiyənin İraqdakı elçiliyinə nota göndərib, İŞİD-ə qarşı könüllülərə hərbi təlim verən türk əsgərlərini "işğalçı güclər" adlandırıb, Rəcəb Tayyib Ərdoğanın şərhlərini qınayıb və Türkiyə ilə ticarət və iqtisadi əlaqələrin təkrar nəzərdən keçirilməsini İraq hökumətindən tələb edib. Türkiyə də XİN isə bu qərara sərt təpki verib.

48
Teqlər:
İraq, koalisiya, Türkiyə, ABŞ, ordu, İŞİD
Mövzu:
İraq-Türkiyə gərginliyi (9)
Əlaqədar
Türkiyə ordusu daha 13 ay İraq və Suriyada qalacaq
İraqın Baş naziri Türkiyənin ünvanına "od püskürdü"
Türkiyə ordusu İraq ərazisinə daxil olub
İraqa gözlənilməz səfər
İraq prezidenti İlham Əliyevdən kömək istəyib