Zimbabvenin Xvanqe klubunun futbolçuları əmək haqlarına görə yaranan borca görə tətil elan ediblər

Əmək haqlarını ala bilməyən futbolçular üsyana qalxdılar

51
Aksiyanı Futbol İttifaqı da dəstəkləyib və hazırda vəziyyətin dinc yolla həllinə çalışır

BAKI, 5 okt — Sputnik. Zimbabvenin "Xvanqe" klubunun futbolçuları əmək haqlarına görə yaranan borca görə tətil elan ediblər. Sputnik Peşəkar Futbolçular Assosiasiyaları Beynəlxalq Federasiyasının (FİFPro) rəsmi saytına istinadən xəbər verir ki, hazırda idmançıların tətili davam edir.

Belə ki, futbolçular, əmək haqlarının ödənilməsi ilə bağlı bütün əvvəlki tələblərə baxmayaraq, klub rəhbərliyinin maaşları vermədiyi üçün ayağa qalxıblar. Aksiyanı Zimbabve Futbol İttifaqı da dəstəkləyib və hazırda vəziyyətin dinc yolla həllinə çalışır. Lakin klub rəhbərliyi rəsmi təşkilatın da sorğularına məhəl qoymur.

Qeyd olunur ki, komandanın futbolçuları iki ildir, əmək haqlarını gözləyirlər. Klubun iki il ərzində (2015 və 2016) hər futbolçuya 2750 dollar borcu yaranıb.

51
Teqlər:
"Xvanqe" klubu, Zimbabve, futbolçu, idman, tətil, futbol
Əlaqədar
Britaniyalı futbolçu İslama görə peşəsini tərk etdi
Bəhram Bağırzadədən “Neftçi” futbolçularına sərt sözlər
Futbol üzrə Azərbaycan yığması seçmə mərhələyə qələbə ilə başlayıb
Azərbaycanda futbolun inkişafı ilə bağlı fond yaradılıb
Gəl də, bu şəraitdə futbolu inkişaf etdir...
Nigeriyalı futbolçu Azərbaycanda öldü