ABŞ polisi

ABŞ-da iki binada güclü partlayış baş verib

12
ABŞ-ın Nyu-Cersi ştatında güclü partlayış nəticəsində iki yaşayış binası uçub.

BAKI, 4 okt-Sputnik. ABŞ-ın Nyu-Cersi ştatında güclü partlayış nəticəsində iki yaşayış binası uçub.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Peterson şəhərində baş vermiş partlayışa səbəb qaz sızması olub.

"NBC 4 New York" telekanalının məlumatına görə, partlayışdan sonra baş vermiş yanğın nəticəsində daha bir binaya ciddi ziyan dəyib.

Hadisə yerinə çoxlu sayda yanğın söndürənlər və xilasedicilər cəlb olunub.

Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

12
Teqlər:
ABŞ, Nyu-Cersi
Əlaqədar
Xarici İşlər Nazirliyinin yanında partlayış baş verib
Pakistanda dəhşət yaşanır: partlayış nəticəsində ölənlərin sayı durmadan artır
Türkiyədə toyda partlayış törədilib, 30 nəfər ölüb
Əfqanıstan Prezidenti Əşrəf Qani, arxiv şəkli

Əşrəf Qəni Taliban* hakimiyyətini tanımağa çağırıb?

7
(Yenilənib 22:09 27.09.2021)
Eks-prezidentin rəsmi "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer alıb.

BAKI, 27 sentyabr — Sputnik. Əfqanıstanın keçmiş prezidenti Muhammed Əşrəf Qəninin "Facebook" hesabı sındırılıb. Bundan bir neçə dəqiqə əvvəl isə həmin hesabdan Taliban* hakimiyyətinin tanınmasına çağırış edilib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

"Muhammed Əşrəf Qəninin "Facebook"-dakı rəsmi səhifəsi sındırılıb", – deyə Qəni öz "Twitter" hesabında yazıb.

Bundan əvvəl Əşrəf Qəninin "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer almışdı. Bəyanatda Taliban* qruplaşmasına kömək göstərilməsi, onun hakimiyyətinin tanınması və Əfqanıstanın aktivlərinin yenidən açılmasına çağırış öz əksini tapıb.

Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı

 

7
Tbilisi, arxiv şəkli

Gürcüstan Bakı Yerevan arasında vasitəçilik etmək üçün yeni platforma yaratmaq istəyir

14
Qonşu ölkənin Baş naziri bəyan edib ki, rəsmi Tbilisi sözügedən təşəbbüsün qalıcı olmasının tərəfdarıdır.

BAKI, 27 sentyabr — Sputnik. Gürcüstan hakimiyyəti Bakı və Yerevan arasında yüksək səviyyəli danışıqların aparılması üçün platforma rolunu oynamağa hazırdır. Sputnik Gürcüstan xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bazar ertəsi günü keçirilən brifinqdə səsləndirib.

O xatırladıb ki, Gürcüstan iyun ayında saxlanılan 15 erməni diversantın Ermənistana təhvil verilməsi, eləcə də Qarabağdakı mina sahələrinin xəritəsinin Azərbaycana ötürülməsinə kömək edib.

"Bu prosesi daha yüksək səviyyədə davam etdirmək üçün bizə qardaş olan iki dövlətə, azərbaycanlılar və ermənilərə Tbilisidə yaratmaq niyyətində olduğumuz bu platformanın köməyilə vasitəçilik təklif edir və istəyirik ki, həmin təşəbbüs qalıcı olsun", – deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Qaribaşvili Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən Qara dəniz regionundan sülhün və sabitliyin təmin olunması üçün "dinc qonşuluq təşəbbüsü" yaratmağı təklif edib.

14
Sputnik peyvəndi, arxiv şəkli

"AstraZeneca" "Sputnik Light" kombinasiyası üzrə tədqiqat haqda ilkin məlumat açıqlandı

0
(Yenilənib 22:41 27.09.2021)
Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda birgə tədqiqat çərçivəsində koronavirusa qarşı "AstraZeneca" və "Sputnik Light" peyvəndlərinin  kombinasiyası S-zülalına qarşı antitellərin yüksək artımını göstərib. Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) məlumat verib.

"Rusiya Birbaşa İnvestisiya Fondu... "AstraZeneca" və "R-Farm" şirkətləri Azərbaycan Respublikasında klinik tədqiqat çərçivəsində "AstraZeneca" şirkətinin peyvəndi ilə (Oksford Universiteti ilə birlikdə hazırlanıb) koronavirusa qarşı "Sputnik V" vaksinin ilk komponentinin birgə istifadəsinin virusneytrallaşdırıcı aktivliyi ilə bağlı ilkin məlumatları açıqlayıb", - deyə məlumatda bildirilib.

"Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub", - deyə fond əlavə edib.

Məlumatlar tədqiqatın kombinasiyanın hər iki komponentinin vurulduğu ilk 20 iştirakçısının müşahidələrinin nəticələrinə əsaslanır. Birinci komponent kimi "AstraZeneca" peyvəndi, ikincisi kimi isə "Sputnik Light" istifadə olunub. Dozalar arasındakı interval 29 gün təşkil edib.

Azərbaycanda tədqiqatlar 2021-ci ilin fevral ayında başlanıb. Bu günə qədər tədqiqatlarda 100 könüllü iştirak edir.

Azərbaycandan əlavə, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada da qlobal proqram çərçivəsində vaksinlərin kombinasiyasının klinik tədqiqatı həyata keçirilib. Belarusda tədqiqat aparmaq üçün tənzimləyicilərdən icazə alınıb.

İlk dəfə olaraq koronavirusa qarşı "Sputnik V" peyvəndi əsasında heterogen busterləşdirmə yanaşması (birinci komponent olaraq insanın 26-cı, ikinci komponent olaraq 5-ci serotip adenovirusunun istifadə olunduğu "peyvənd kokteyli") tətbiq edilib. RBİF "Sputnik V"nin ilk komponentinin xarici dərmanlarla kombinasiyasının birgə araşdırılması təşəbbüsü ilə dünyada ilk olub.

2020-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə RBİF, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi, "R-Pharm" şirkətlər qrupu və "AstraZeneca" şirkəti "AstraZeneca"vaksini və "Sputnik V" peyvəndinin birinci komponentinin immunogen kombinasiyası və təhlükəsizliyi ilə bağlı birgə klinik tədqiqatlar aparmaq üçün əməkdaşlıq memorandumu imzalayıblar.

 

0