Londonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları

"Brexit" prosesi gələn il martın sonunadək başlayacaq

21
(Yenilənib 13:21 03.10.2016)
Böyük Britaniyanın baş naziri: "Məqsəd Lissabon müqaviləsinin 50-ci maddəsinin tətbiq edilərək, BB xalqı və Aİ ilə əlaqələrin gələcəyi üçün yaxşı bir razılaşmanın əldə edilməsidir"

BAKI, 3 okt — Sputnik. Böyük Britaniyanın (BB) baş naziri Tereza Mey BB-nin Avropa İttifaqından (Aİ) çıxma prosesinin ("Brexit") martın sonunadək rəsmi olaraq başlayacağını açıqlayıb. Sputnik BBC-yə istinadla xəbər verir ki, Mey açıqlamasında məqsədin Lissabon müqaviləsinin 50-ci maddəsinin tətbiq edilərək, BB xalqı və Aİ ilə əlaqələrin gələcəyi üçün yaxşı bir razılaşmanın əldə edilməsi olduğunu söyləyib.

Lissabon Sazişi üzv ölkələrin birlikdən çıxışını tənzimləyir. Müzakirələrin iki il içində tamamlanması nəzərdə tutulur. Bu vəziyyətdə BB-nin 2019-cu ilin martın sonunda Aİ-dən rəsmən çıxa biləcəyi deyilir.

BB-nin Aİ-dən çıxmasının lazım olduğunu müdafiə edənlər 50-ci maddənin tez bir zamanda tətbiq edilməsinin istəyirdi. Avropa İttifaqı rəsmiləri də BB-dən tez bir zamanda müzakirələrə başlamasını istəmişdi.

Xatırladaq ki, BB-də 23 iyunda keçirilən referendumda Aİ-dən çıxma qərarı olmuşdu.

21
Teqlər:
Tereza Mey, "Brexit", , Avropa İttifaqı, Böyük Britaniya
Əlaqədar
Donald Tusk: Brexit prosesi 2017-ci ilin əvvəllərində başlaya bilər
Avropa İttifaqından yeni Britaniya açıqlaması
Türk əsilli siyasətçi Britaniyanı idarə etmək istəmir
Böyük Britaniyasız Avropa İttifaqının gələcəyi - ən arzuolunmaz ssenari hansıdır?
Britaniyalıların qərarı ABŞ-a 1 trillion dollara başa gəldi
İranda Möhsün Fəxrizadəni öldürdüyü yer

ABŞ İran vahid mövqedə: Hər ikisi alimin ölümündə İsraili günahlandırır

34
(Yenilənib 14:36 28.11.2020)
İranlı fizik Möhsün Fəxrizadənin İsrail tərəfindən öldürdüyünü düşünən Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

BAKI, 28 noyabr — Sputnik. Birləşmiş Ştatların kəşfiyyat xidmətləri İsrailin İranın nüvə proqramının yaradıcılarından biri, iranlı fizik Möhsün Fəxrizadəni öldürdüyünü düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri yayıb.

Nəşrin məlumatına görə, adı çəkilməyən bir amerikalı məmur və kəşfiyyat orqanlarının iki əməkdaşı alimin öldürülməsinin arxasında İsrailin durduğunu bildirib.

Qəzet, həmçinin ABŞ-ın bu əməliyyat barədə əvvəlcədən məlumatlı olmasına dair dəqiq məlumatın olmadığını da qeyd edib.

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

İran da alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

34
Teqlər:
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Mərkəzi Kəşfiyyat İdarəsi, Ağ Ev, nüvə, İsrail, İran, ABŞ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutmuşuq - Ərdoğan

9
Ərdoğan: Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutub.

BAKI, 28 noyabr — Sputnik. "Bu il sadəcə COVID-19 pandemiyası ilə deyil, ondan da sürətlə yayılan "islam düşmənçiliyi" virusu ilə də mübarizə aparmaq məcburiyyətində qaldıq".

Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın müsəlman cəmiyyətinə videomüraciətində deyib.

Çıxışına "Türkiyədəki 83 milyon qardaşınızın salamlarını sizə çatdırmaq istəyirəm" sözləri ilə başlayan Ərdoğan bildirib ki, "islam düşmənçiliyi" virusu yalnız müsəlmanlara deyil, digər inanc sahiblərinə də hədsiz dərəcədə mənfi təsir edir:

"Bu düşmənçilik müsəlmanlar qədər Afrikadan, Asiyadan olan didərginləri, digər din mənsublarını da hədəf alır. İŞİD və FETÖ terror təşkilatlarından heç bir fərqi olmayan ideoloji fanatizmin hətta dövlət başçıları səviyyəsində təbliğ edildiyini görürük. Son zamanlar Fransada fikir azadlığı adı altında həzrəti peyğəmbərimiz haqda olan alçaqlıqlara sizlər də şahid olursunuz. İnsanların müqəddəs dəyərlərini təhqir etməyin azadlıqla heç bir əlaqəsi yoxdur. Çünki düşüncə ilə təhqir fərqli məsələlərdir. "Qurani-Kərim"i yandıranların havadarları, həzrəti peyğəmbərimizin təhqirinə şərait yaradanlar, məscidlərimizə olan hücumlara kor qalanlar azadlığı deyil, öz içlərindəki faşizmi gizlətmək üçün belə edirlər. Amma özlərinə qarşı ən kiçik tənqidlərə belə dözümsüzlük göstərirlər".

Türkiyə Prezidenti qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanları təfriqələrə uymamağa çağırıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasının fərqli məkanlarındakı problemlərə qarşı mübarizə yolunu tutub.

9
Teqlər:
Dağlıq Qarabağ, Liviya, Fələstin, Suriya, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyə prezidenti, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

0
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

0