Şimon Peres təntənəli surətdə dəfn edilib

© Flickr / Chatham HouseFormer Israeli President Shimon Peres
Former Israeli President Shimon Peres - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin sabiq dövlət başçısı Yerusəlimdəki Baş Milli Qəbiristanlıqda torpağa tapşırılıb.

BAKI, 30 sen-Sputnik. Sentyabrın 28-də vəfat edən İsrailin sabiq baş naziri və 9-cu prezidenti Şimon Peres təntənəli surətdə dəfn edilib.

Sputnik-in məlumatına görə, Peres Yerusəlimdəki Baş Milli Qəbiristanlıqda torpağa tapşırılıb.

Ondan əvvəl isə dünyasının məşhur şəxslərinin və onu sevənlərin Pereslə vida mərasimi keçirilib.
Vida mərasiminə on minlərlə insan qatılıb. Mərasimdə 20 ölkəni dövlət və hökumət başçısı, 15 ölkəni xarici işlər naziri təmsil edib. Dəfn mərasiminə qatılanlar arasında onlarla sabiq dövlət başçısı da olub.

Şimon Peres - Sputnik Azərbaycan
İsrailin əfsanəvi lideri vəfat edib
Mərasimə ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Uels şahzadəsi Çarlz, Fələstin lideri Mahmud Abbas, sabiq ABŞ prezidenti Bill Klinton, sabiq Fransa prezidenti Nikola Sarkozi və digərləri də qatılıb.

Dəfndə Azərbaycanı baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Mərasimə ümumilikdə xarici ölkələrdən 3 min nəfər qatılıb.

Mərasimin gedişində təhlükəsizliyin təmin olunması üçün İsrailin təhlükəsizlik orqanlarının 7 min əməkdaşı cəlb olunub.

Qeyd edək ki, 93 yaşlı Peres 13 sentyabr 2016-cı il tarixində tromb səbəbəbindən beyninə qan sızması nəticəsində Şiba Tibb Mərkəzinə yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini ağır, lakin stabil qiymətləndirirdilər. Sentyabrın 27-də onun səhhətində ciddi pisləşmə qeydə alınıb və o, yaxınlarının əhatəsində vəfat edib.

Xəbər lenti
0