Qoca kişi

Erkən ölümün ən mühüm səbəbi tapıldı

317
Dünyada hər 20 nəfərdən birini erkən ölüm təhdid edir

BAKI, 30 sen — Sputnik. Kaliforniya (ABŞ, Los-Anceles) universitetindən olan genetiklər, avropalı kolleqaları ilə birlikdə müəyyən ediblər ki, Yer kürəsindəki hər 20 nəfərdən birini erkən ölüm təhdid edir. Sputnik informing-ə istinadla xəbər verir ki, bu barədə "Aging" nəşri məlumat yayıb.

Tədqiqatçılar qeyd ediblər ki, dünyada təkcə düzgün həyat tərzi keçirməyən, özünü vaxtından əvvəl ölməkdən xilas etməyən insan qrupları mövcud deyil. Eyni zamanda, özündən asılı olmadan tez qocalan və ölən insan qrupları var.

Birincilər o adamlardır ki, lazım olandan artıq yeməklə və idmandan imtina etməklə vaxtından əvvəl qocalmağa başlayırlar. İkincilərin tez qocalması isə onların genetik xüsusiyyətlərindən asılıdır.

Alimlər bu vəziyyətdə olan 13 min insanı tədqiq ediblər. Məlum olub ki, sən demə, bunların təqribən 5%-nin bioloji yaşı real yaşından yuxarıdır. Bu insanların genlərinin tədqiqi zamanı onların erkən yaşlarda qocalmasına səbəb olan amillər meydana çıxıb. Bu erkən yaşlanmaya DNK-ların metilləşməsi səbəb olur ki, bu da erkən ölüm riskini 50% artırır.

Tədqiqatçılar izah edirlər ki, əgər 60 yaşlı siqaret çəkən kişinin DNK-sı metilləşməyə məruz qalırsa, deməli onun erkən ölmə ehtimalı 75% yüksəlib. Əgər o, erkən qocalan orqanizmlər qrupuna daxil deyilsə, onun erkən ölmə riski 60%-ə enir.

Alimlər hələ ki, bu problemlə necə mübarizə aparmaq lazım gəldiyini bilmirlər. Amma onlar əmindirlər ki, insanları orqanizmlərinin genetik xüsusiyyətləri səbəbindən erkən qocalmadan xilas etməyin yollarını tapacaqlar.

317
Teqlər:
qocalıq, erkən ölüm, Los-Anceles, alim, Kaliforniya, ABŞ
Əlaqədar
Sağlamlıq axtara-axtara ölüm tapanlar...
Əməliyyat zamanı baş vermiş ölümün səbəbi məlum olub
Marketlərdə dolaşan "ölüm kabusu"
Axtarışda olan şəxs ölümdən xilas edildi
Ölümə məhkum edilmiş dövlət müşaviri

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

11
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

11
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

14
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

14
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0