Jurnalist

Alman jurnalist bir illik əsirlikdən azad edildi

12
(Yenilənib 15:22 29.09.2016)
Jurnalist övladı ilə birlikdə Suriyadan Almaniyanın Türkiyədəki konsulluğuna gətirilib

BAKI, 29 sen — Sputnik. Suriyada girovluqda olan alman jurnalist və körpəsi sərbəst buraxılıb. Sputnik Haberler-ə istinadən xəbər verir ki, bu haqda "Sərhədsiz Reportyorlar" insan haqlarını müdafiə təşkilatı məlumat yayıb.

Jurnalist övladı ilə birlikdə Almaniyanın Türkiyədəki konsulluğuna gətirilib. Almaniyanın Xarici İşlər Nazirliyi jurnalist və uşağının özlərini yaxşı hiss etdiyini bildirib.

Xəbərdə qeyd olunur ki, jurnalist Almaniyada nəşr olunan "Süddeutsche Zeitung" qəzeti və "VDR" adlı şirkətlə əməkdaşlıq edirmiş. O, bir il əvvəl "ən-Nusra" təşkilatı tərəfindən girov götürülmüşdü.

12
Teqlər:
Suriya, Türkiyə, körpə, Almaniya, jurnalist, girov
Əlaqədar
Bakıda maskalı şəxslər jurnalistin evinə basqın edib
Rio-de-Janeyroda jurnalistlər atəşə tutulub
Lənkəranda 16 nəfər jurnalist olmaq istəyir
Partiya mükafatlandırılacaq jurnalistlərin adlarını açıqladı
Azərbaycan jurnalistikasının bu günü müzakirə müzakirə olundu